Kontentə keç

Solda: Yuri Baranov və həyat yoldaşı Nadejda. Sağda: Nikolay Stepanov və həyat yoldaşı Alla

8 İYUN 2022
RUSİYA

Dindaşların dəstəyi | YENİLƏNİB. QARDAŞ AZADLIĞA BURAXILDI

Dindaşların dəstəyi | YENİLƏNİB. QARDAŞ AZADLIĞA BURAXILDI

10 noyabr 2022-ci il tarixində Voloqda Vilayət Məhkəməsi Yuri Baranov və Nikolay Stepanovun apelyasiya şikayəti üzrə qərar çıxardı. Yuri barəsində çıxarılan hökm dəyişməz saxlanıldı. Nikolay barəsində çıxarılmış dörd il müddətinə həbs cəzası dörd il müddətinə şərti həbs cəzası ilə əvəz olundu. Qardaş azadlığa buraxıldı.

5 sentyabr 2022-ci ildə Voloqda Şəhər Məhkəməsi Yuri Baranovu və Nikolay Stepanovu təqsirli bildi. Yuri dörd il müddətinə şərti həbs cəzasına məhkum edildi. Cəza şərti olduğu üçün bu dəfə qardaş həbsə salınmayacaq. Nikolay isə dörd il müddətinə həbs cəzasına məhkum edildi. Onun həbs müddəti dərhal başladı.

Hadisələrin gedişatı

  1. 19 dekabr 2019-cu il

    Güc strukturları Voloqdada Yehovanın Şahidlərinin yaşadığı altı evdə axtarış apardılar. Yuri və Nikolayı həbs etdilər və istintaq təcridxanasına göndərdilər.

  2. 20 dekabr 2019-cu il

    Yuri istintaq təcridxanasından ev dustaqlığına keçirildi.

  3. 23 dekabr 2019-cu il

    Nikolay məhkəməyədək həbsə salındı.

  4. 16 mart 2020-ci il

    Yuri ev dustaqlığından azad edildi. Bununla belə, hələ də ona qarşı cinayət işinə xitam verilməyib və onunla birlikdə eyni cinayətdə təqsirli bilinənlərlə əlaqə qurması, eyni zamanda telefon və internetdən istifadə etməsi qadağan olunub.

  5. 19 may 2020-ci il

    Yuriyə qoyulan məhdudiyyətlər götürüldü.

  6. 13 avqust 2020-ci il

    Nikolay istintaq təcridxanasından ev dustaqlığına keçirildi.

  7. 25 sentyabr 2020-ci il

    Nikolay ev dustaqlığından azad edildi.

  8. 7 mart 2022-ci il

    Cinayət işi üzrə məhkəmə araşdırması başladı.

Qardaşlar barədə məlumat

Təqiblər qarşısında dindaşlarımızın göstərdiyi sədaqət imanımızı möhkəmləndirir (1 Salonikililərə 3:7).