18 MART 2021
RUSİYA
Dmitri Maslov dostları ilə dini mövzuda danışdığı üçün həbsə məhkum edilə bilər
YENİLƏNİB | Dmitri Maslovun apelyasiya şikayəti təmin edilmədi
5 oktyabr 2021-ci il tarixində Krasnoyarsk Vilayət Məhkəməsi Dmitri Maslovun apelyasiya şikayətini təmin etmədi. Birinci instansiya məhkəməsinin çıxardığı qərar dəyişməz qaldı.
2 iyun 2021-ci il tarixində Krasnoyarsk Vilayətinin Minusinsk Şəhər Məhkəməsi Dmitri Maslovu məhkum etdi. Ona 450 000 rubl (6125 ABŞ dolları) məbləğində cərimə təyin edildi.
Qardaş barədə məlumat
Dmitri Maslov
Doğulduğu il: 1976 (Minusinsk şəhəri)
Bioqrafiya. Kiçik qardaşı və bacısı var. Anası onları tək böyüdüb. Peşə məktəbində arıçılıq ixtisasına yiyələnib. Hal-hazırda çilingər işləyir. Velosiped sürməyi, sualtı üzgüçülüyü və akkordeon çalmağı sevir.
Həyatla bağlı vacib suallar onu uşaqlıqdan narahat edirdi. Suallarına aydın və qaneedici cavabları Müqəddəs Kitabda tapdı. 1994-cü ildə vəftiz olundu. Hərbi xidmətə çağırılanda alternativ mülki xidmət keçmək üçün ərizə verdi. 1997-ci ildə Yuliya ilə evləndi.
Cinayət işi haqda məlumat
19 aprel 2019-cu il tarixində əsgərlər, İstintaq Komitəsi və Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları Minusinsk şəhərində Yehovanın Şahidlərinin yaşadığı beş evə reyd keçirdi. Reyd zamanı 76 yaşlı qardaşı yerə yıxdılar və o xəsarət aldı. 30-dan çox bacı-qardaşı tutdular, lakin sorğu-sual etdikdən sonra onları buraxdılar. Bir müddət sonra Dmitri barədə cinayət işi açdılar. Əvvəl-əvvəl qardaşı dostları ilə dağlara təşkil etdiyi gəzinti zamanı onlarla ruhani mövzuda söhbət aparmaqda ittiham etdilər.
Dmitridən başqa yerə getməmək barədə iltizam alınıb. O, məhkəmə araşdırılmasının bitməsini gözləyir. Onun imanına şərik olmayan anası cinayət təqibini haqsız və əsassız hesab edir. O əmindir ki, oğlu «ən sülhpərvər dinə etiqad edir».
Dmitri şübhə etmir ki, Yehova Ona sadiq qalanların «rifahı üçün gücünü» göstərəcək. Bu ona təsəlli və cəsarət verir (2 Salnamələr 16:9).