Kontentə keç

Solda: Sergey Qobozev; sağda: Mixail Potapov yoldaşı Tamara ilə

3 MAY 2022 | YENİLƏNİB: 26 MART 2024
RUSİYA

Dua onlara güc verir | YENİLƏNİB. CƏRİMƏ OLUNDULAR

Dua onlara güc verir | YENİLƏNİB. CƏRİMƏ OLUNDULAR

25 mart 2024-cü il tarixində Udmurt Respublikasının Votkinsk Rayon Məhkəməsi Sergey Qobozevi və Mixail Potapovu təqsirli bildi. Onlar 450 000 rubl (4855 ABŞ dolları) və 400 000 rubl (4316 ABŞ dolları) məbləğində cərimə olundular.

Hadisələrin gedişatı

  1. 20 yanvar 2021-ci il

    Sergey və Mixail barədə cinayət işi açıldı. Onları ekstremist təşkilatın fəaliyyətini təşkil etməkdə ittiham etdilər.

  2. 21 yanvar 2021-ci il

    Sergeyin mənzilində axtarış aparıldı. Hüquq-mühafizə orqanlarının əməkdaşları onun şəxsi əşyalarını: sürücülük vəsiqəsini, avtomobilinin sənədlərini, elektron cihazlarını, fotoalbomunu və müxtəlif Müqəddəs Kitab tərcümələrini müsadirə etdilər. Mixaili də tutdular və evində axtarış apardılar.

  3. 22 yanvar 2021-ci il

    Sergey ev dustaqlığına buraxıldı. Mixail həbsdə qaldı.

  4. 18 may 2021-ci il

    Sergey ev dustaqlığından azad edildi. Amma ondan başqa yerə getməmək barədə iltizam alındı.

  5. 19 may 2021-ci il

    Mixail həbsdən azad edildi və ondan başqa yerə getməmək barədə iltizam alındı.

  6. 7 oktyabr 2021-ci il

    Məhkəmə iclasları başladı.

Dindaşlarımız barədə məlumat

Gördüyümüz kimi, Sergey və Mixail imanda möhkəm qalmaq üçün əllərindən gələni edirlər: Müqəddəs Kitabı mütaliə edir və dua edirlər. Biz əminik ki, Yehova bundan sonra da onların yanında olacaq (Koloslulara 2:6, 7).