1 SENTYABR 2021 | YENİLƏNİB: 25 OKTYABR 2023
RUSİYA
Dua və Allahın Kəlamı Aleksey Xabarova güc verir | YENİLƏNİB. QARDAŞ HƏBS OLUNDU
20 oktyabr 2023-cü il tarixində Pskov Vilayətinin Pokrovski Rayon Məhkəməsi Aleksey Xabarov qardaşı təqsirli bilərək iki il altı ay müddətinə həbsə məhkum etdi. Bundan əvvəl məhkəmə qardaş barədə bəraət hökmü çıxarmışdır, lakin prokurorun verdiyi şikayət nəticəsində hökm dəyişdirildi. Aleksey qardaş üçüncü dəfə idi ki, məhkəmə qarşısına çıxarılırdı. O, məhkəmə zalında həbs olundu.
27 iyun 2022-ci il tarixində Pskov Vilayətinin Pokrovski Rayon Məhkəməsi Aleksey Xabarovu təqsirsiz bilib və ona qarşı irəli sürülmüş bütün ittihamlar üzrə bəraət verib.
Hadisələrin gedişatı
26 noyabr 2021-ci il tarixində Pskov Vilayət Məhkəməsi Alekseyin apelyasiya şikayətinə baxdı. İş birinci instansiya məhkəməsinə başqa hakim tərəfindən təkrar baxışa göndərildi. Bu dəfə qardaş həbsə salınmayacaq.
7 sentyabr 2021-ci il
Pskov Vilayətinin Porxovski Rayon Məhkəməsi Alekseyi üç il müddətinə şərti həbs cəzasına məhkum etdi.
29 oktyabr 2020-ci il
Aleksey barədə cinayət işi açıldı.
28 avqust 2020-ci il
Aleksey dindarların «imanları barədə söhbət etdikləri, Müqəddəs Kitabı oxuduqları, Müqəddəs Kitaba aid mövzuları müzakirə etdikləri və dini nəğmələr oxuduqları dini görüşlərdə fəal iştirak etməkdə» rəsmi olaraq ittiham edildi.
7 fevral 2020-ci il
Aleksey ikinci dəfə sorğu-sual edildi. Sorğu-sual zamanı məlum oldu ki, 2018-ci ildə onun telefonuna qulaq asırdılar.
31 yanvar 2020-ci il
Alekseydən başqa yerə getməmək barədə iltizam götürüldü.
24 may 2019-cu il
Aleksey Pskov vilayətinin İnsan Hüquqları üzrə Müvəkkilinə yazılı ərizə ilə müraciət edərək bildirdi ki, o, cinayətkar deyil, dürüst dindar insandır. Müvəkkil təsdiq etdi ki, Alekseyin öz dininə etiqad etmək və onu əməldə ifadə etmək hüququ var.
3 aprel 2019-cu il
Alekseyin evində axtarış keçdi, bəzi əşyaları müsadirə edildi və o, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən sorğu-sual edildi.
Qardaş barədə məlumat
Aleksey ilə razıyıq ki, Yehova sadiq xidmətçilərinə həmişə cəsur və möhkəm olmağa kömək edir (Zəbur 27:14).