Kontentə keç

Üst sıra, soldan sağa: Nina Astvaçaturova, Yelena Barmakina və Lyudviqa Katanaeva

Alt sıra, soldan sağa: İqor Lonçakov, Yuriy Redozubov, Yekaterina Trequba və Yelena Çorn

25 İYUL 2023
RUSİYA

Dua və müsbət əhval-ruhiyyə Vladivostokdakı Yehovanın Şahidlərini möhkəmləndirir

Dua və müsbət əhval-ruhiyyə Vladivostokdakı Yehovanın Şahidlərini möhkəmləndirir

Vladivostok Pervoreçenski Rayon Məhkəməsi tezliklə Nina Astvaçaturova, Yelena Barmakina, Lyudviqa Katanaeva, Yekaterina Trequba, Yelena Çorn bacının, həmçinin İqor Lonçakov və Yuriy Redozubov qardaşın işi üzrə qərarını elan edəcək. Prokuror onlar üçün istədiyi cəza növünü hələ bildirməyib.

Dindaşlarımız barədə məlumat

Yehovanın saleh xidmətçilərinə nemətlər verdiyini, onların qayğısına qaldığını, lütfü ilə onları əhatə etdiyini bilmək bizə qəlb rahatlığı verir (Zəbur 5:12).

Hadisələrin gedişatı

  1. 6 avqust 2019-cu il

    Yelena Barmakina barədə ittiham irəli sürüldü

  2. 8 iyun 2020-ci il

    Nina, Lyudviqa və Yelena Çorna qarşı cinayət işi açıldı

  3. 17 iyun 2020-ci il

    Yelena Barmakinaya qarşı cinayət işi üzrə məhkəmə icraatı başlandı

  4. 9 iyul 2020-ci il

    Nina, Lyudviqa, Yelena Çorn və Yuriyin evlərində axtarış aparıldı. Yuriy dindirildi. Nina, Lyudviqa və Yelena Çorndan isə başqa yerə getməmək barədə iltizam alındı

  5. 4 sentyabr 2020-ci il

    İqor barədə ittiham irəli sürüldü

  6. 8 sentyabr 2020-ci il

    Yekaterina barədə ittiham irəli sürüldü

  7. 29 sentyabr 2020-ci il

    Yelena Barmakinanın işi ekstremizmlə bağlı kifayət qədər sübutlar olmadığına görə prokurorluğa geri göndərildi

  8. 11 avqust 2021-ci il

    Yuriy barədə ittiham irəli sürüldü. Yelena Barmakina barədə yenidən cinayət işi açıldı və bütün ittihamlar bir işdə birləşdirildi

  9. 28 sentyabr 2022-ci il

    Cinayət işi üzrə məhkəmə icraatı başlanıldı

a b Astvaçaturova və Katanaeva bacıdan müsahibə götürülə bilmədi.