Kontentə keç

Nikolay Saparov həyat yoldaşı Nataliya (sağda) və qızı Anastasiya ilə (solda)

8 NOYABR 2022 | YENİLƏNİB: 22 YANVAR 2024
RUSİYA

«Dua və mütaliə dözməyə güc verir» | YENİLƏNİB. QARDAŞ HƏBS OLUNDU

«Dua və mütaliə dözməyə güc verir» | YENİLƏNİB. QARDAŞ HƏBS OLUNDU

17 yanvar 2024-cü il tarixində Adıge Respublikasının Maykop Şəhər Məhkəməsi Nikolay Saparovu təqsirli bilərək altı il müddətinə həbsə məhkum etdi. 2022-ci ilin mart ayından təcridxanada saxlanılan bu qardaş həbsdə qalacaq.

Hadisələrin gedişatı

  1. 22 mart 2022-ci il

    Cinayət işi açıldı.

  2. 23 mart 2022-ci il

    Həyat yoldaşı və qızı ilə birgə hava limanında olarkən Nikolay həbs edildi. Sorğu-sualdan sonra o, ekstremist təşkilatın fəaliyyətini təşkil etməkdə ittiham olundu. O, müvəqqəti saxlama kamerasına salındı. Evində axtarış aparıldı.

  3. 24 mart 2022-ci il

    Nikolay məhkəməyədək həbsə salındı.

  4. 19 may 2022-ci il

    Cinayət işi üzrə məhkəmə icraatı başladı.

Qardaş barədə məlumat

Saparovların nümunəsindən görünür ki, Yehova həmişə sadiq xidmətçilərinin yalvarışını eşidir (Zəbur 119:147).

a Məqalə hazırlanan vaxt Nikolay həbsdə olduğu üçün ondan müsahibə götürmək mümkün olmayıb.