28 APREL 2021
RUSİYA
Dua və nəğmələrimiz Anton Ostapenkoya təcridxanada güc verirdi
YENİLƏNİB | Anton Ostapenko məhkum edildi
25 oktyabr 2021-ci il tarixində Krasnoyarsk Vilayətinin Şarıpovo Şəhər Məhkəməsi Anton Ostapenkonu altı il üç ay müddətinə şərti həbs cəzasına məhkum etdi. Cəza şərti olduğu üçün qardaş həbsxanaya göndərilməyəcək.
Qardaş barədə məlumat
Anton Ostapenko
Doğulduğu il: 1991 (Qazaxıstan, Ekibastuz şəhəri)
Bioqrafiya. Elektrostansiyada qazanxana və turbin maşinisti işləyir. Həqiqətlə onu və bacısını yeniyetməlik illərində anası tanış edib. 2005-ci ildə Yehovanın Şahidi kimi vəftiz olunub.
2015-ci ildə Natalya ilə evlənib. Ayaq xizəyi və snoubord sürməyi sevirlər. Anton həmçinin gitara çalmağı, balıq tutmağı və tennis oynamağı da sevir.
Cinayət işi haqda məlumat
19 aprel 2019-cu il tarixində Şarıpovo şəhərində Yehovanın Şahidlərinin yaşadığı on evdə axtarışlar keçdi, bacı-qardaşlar sorğu-suala çəkildi. Anton qardaşı tutub istintaq təcridxanasına saldılar. 20 dekabr 2019-cu il tarixində onu buraxdılar. Qardaş «ekstremist» təşkilatın fəaliyyətini təşkil etməkdə ittiham edilir.
Həbsdə olduğu altı ay ərzində müşahidə kamerasından üzünü döndərib kamerasında əlüzyuyanın yanında durub çarəsizlikdən ağladığı hallar olub.
Əsas güc mənbəyi dua olub. Anton deyir: «Yehovaya yalvarırdım ki, mənə dözümlü olmağı öyrətsin... Mən çox şey öyrəndim. Orada bir məsihi kimi böyüdüm və bərkidim... Maraqlıdır ki, [bu kimi] çətin vəziyyətlərə düşəndə elə bil nəzəriyyədən praktikaya keçirsən. Kamerada həmişə Müqəddəs Kitabım olmurdu. Həbsdən əvvəl Yehova haqda bildiklərim yalnız oxuduqlarımdan idi, burada isə Yehova necə Allah olduğunu mənə əyani şəkildə göstərdi. Deməyə söz tapmıram! Burada O Özünü təkcə hər şeyə qadir olan Allah kimi göstərmədi, O mənim üçün düşdüyüm vəziyyəti həqiqətən başa düşən, mənə dayaq olan, heç ağlıma gətirmədiyim tərəfdən vaxtında kömək edən sevən Ata oldu».
Ona həm də nəğmələrimiz güc verirdi. Qardaş davam edir: «Həyat yoldaşımla tez-tez nəğmələrimizi oxuyurduq, beləcə, onları əzbərləmişdim. Bunun həbsdə xeyli köməyi dəydi. Yatmaq vaxtı gələndə sevinclə dua edirdim, nəğmə oxuyurdum, bundan sonra rahat ürəklə yuxuya gedirdim».
Anton işləyir. Amma ona Şarıpovo şəhərini tərk etməyə icazə verilmir. Bunun ucbatından anasını həkimə apara bilmir.
Dua edirik ki, Yehova təqib olunan bacı-qardaşlara bundan sonra da qəlb rahatlığı versin (Yəhya 14:27).