Kontentə keç

Soldan sağa: Aleksey Oreşkov, Aleksandr Rakovski, Aleksandr Vavilov

2 İYUL 2021
RUSİYA

Dua və yerinə yetmiş peyğəmbərliklər üç qardaşa təqiblərə dözməyə güc verir

Dua və yerinə yetmiş peyğəmbərliklər üç qardaşa təqiblərə dözməyə güc verir

YENİLƏNİB | Üç qardaşın apelyasiya şikayəti təmin edilmədi

14 yanvar 2022-ci il tarixində Nijnı Novqorod Vilayət Məhkəməsi Aleksey Oreşkov, Aleksandr Rakovski və Aleksandr Vavilovun apelyasiya şikayətini təmin etmədi. Cəza şərti olduğu üçün onlar həbsə salınmayacaq.

25 oktyabr 2021-ci il tarixində Nijnı Novqorod Vilayətinin Pavlovo Şəhər Məhkəməsi Aleksey Oreşkov, Aleksandr Rakovski və Aleksandr Vavilovu üç il müddətinə şərti həbs cəzasına məhkum etdi.

Qardaşlar barədə məlumat

Aleksey Oreşkov

  • Doğulduğu il: 1971 (Nijnı Novqorod vilayəti, Pavlovo şəhəri)

  • Bioqrafiya. Uşaqlıqda stolüstü tennis oynamağı sevirdi. Nəfəs musiqi alətləri sinfi üzrə musiqi məktəbini bitirib. Pensiyaya çıxıb. Bir neçə ildir ki, yaşlı anasına baxır. 2011-ci ildə Yehovanın Şahidi kimi vəftiz olunub.

Aleksandr Rakovski

  • Doğulduğu il: 1980 (Nijnı Novqorod vilayəti, Pavlovo şəhəri)

  • Bioqrafiya. Gənclik illərində gitara çalmağı öyrənib və musiqi qrupunun üzvü olub. İnternet texnologiyaları üzrə mütəxəssisdir. 2005-ci ildə Tatyana ilə evlənib. Müqəddəs Kitabdan gələcəyə dair ümid haqda öyrəndikdən sonra Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı araşdırmağa başladılar. 2009-cu ildə vəftiz olundu. Onların bir oğlu və bir qızı var.

Aleksandr Vavilov

  • Doğulduğu il: 1967 (Krasnodar vilayəti, Kropotkin şəhəri)

  • Bioqrafiya. Uşaqlıqdan qaçışı, üzgüçülüyü, ayaq xizəyi sürməyi və portret çəkməyi sevir. Hərbi xidmət keçib. Peşəkar boksçu olub. Buna baxmayaraq, zorakı idman növlərindən imtina etdi. Bərbər peşəsinə yiyələndi. Aleksandr və həyat yoldaşı Yelena Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı birgə araşdırmağa başlamışdılar. 1994-cü ildə onlar evləndilər. 1995-ci ildə vəftiz olundular. Təbiət qoynunda vaxt keçirməyi sevirlər.

Cinayət işi haqda məlumat

2019-cu ilin 16 və 17 iyul tarixlərində Federal Təhlükəsizlik Xidməti (FTX) Nijnı Novqorod vilayətində Yehovanın Şahidlərinin evlərinə reydlər keçirdi. Aleksey Oreşkov və Aleksandr Vavilov sorğu-sual edildikdən sonra həbsə alındılar. Aleksey istintaq təcridxanasında 211 gün, ev dustaqlığında isə 31 gün oldu. Aleksandr isə istintaq təcridxanasında 241 gün oldu.

Təcridxanada Aleksey daha tez-tez və daha hərarətlə dua edirdi. Səhər yuxudan oyanan kimi Yehovadan xahiş edirdi ki, gün ərzində olacaq çətinliklərə düzgün yanaşmağa, Ona sadiq qalmağa və ruhani baxışa sahib olmağa kömək etsin. Qardaş əlavə edir: «Günün sonunda etdiyim dualar daha uzun və daha dərin olurdu və bütün qardaşları adbaad çəkməyə çalışırdım. Mən təcridxananın işçiləri, kamera yoldaşlarım, müstəntiq, ailəm, yığıncaq və təşkilat barədə dua edirdim».

Aleksandr Vavilov deyir: «Yehova mənə çox yaxın oldu: O sadəcə məni əlimdən tutub aparmırdı, çoban quzunu qoynunda daşıdığı kimi, O da məni əlinin içində saxlayırdı. Hər addımbaşı Onun qayğısını görürdüm».

21 sentyabr 2020-ci il tarixində Aleksandr Rakovskiyə qarşı da ittiham irəli sürüldü. Onun işini digər iki qardaşın işi ilə birləşdirdilər. Onların üçü də Yehovanın Şahidlərinin dini yığıncaqlarında iştirak etməkdə və digər əməllərdə ittiham edilir. Qardaşlardan başqa yerə getməmək barədə iltizam götürülüb.

Aleksandr Rakovski deyir ki, Müqəddəs Kitab peyğəmbərlikləri, xüsusilə də şimal padşahı haqda peyğəmbərlik barədə düşünmək ona sınaqlara dözməyə kömək edir. Qardaş deyir: «Mən ürəyi sıxan şeylər barədə yox, təqiblər haqda peyğəmbərliklər və onların necə yerini yetdiyi, Yehovanın təqiblər zamanı dəstək olacağı haqda vədləri barədə düşünməyə çalışıram».

Biz əminik ki, qardaşlarımızın üçü də müsbət əhval-ruhiyyədə qalacaq, çünki möhkəm imanları onlara sınaqlara dözməyə güc verir (Filippililərə 1:29).