30 MART 2020
RUSİYA
FTX əməkdaşları vəfat etmiş qardaşın evində axtarış aparıb
23 mart 2020-ci il tarixində Rusiyanın Xabarovsk diyarının Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları heç bir anlayış göstərmədən altı gün bundan əvvəl ürək çatışmazlığından vəfat etmiş qardaşımız İqor Avramenkonun evində axtarış aparıblar. Baxmayaraq ki axtarış qərarı qardaşın adına verilmişdi, onlar qardaşın həyat yoldaşı Yelenaya məxsus olan kompüteri, fotoaparatı və bir neçə digər əşyanı müsadirə etdilər.
Həmin gün hüquq-mühafizə orqanlarının əməkdaşları Yelena Avramenkonun iş yerinə gələrək onu evə gətirdilər. Evdə onu əlində axtarış qərarı olan baş müstəntiq Stanislav Qrebenkin gözləyirdi. Yelena ona ərinin vəfat etdiyini dedi. Müstəntiqin bundan xəbəri var idi, lakin axtarış qərarı onun ölümü barədə məlumat daxil olmazdan əvvəl verildiyini deyərək axtarışa başladı.
Müstəntiq Yelenanı əmin etdi ki, axtarış səthi keçəcək, çünki onlar «işi tez bağlayıb [FTX] arxivinə təhvil verməlidirlər». Buna baxmayaraq, onlar evi hərtərəfli axtardılar.
Xabarovsk diyarında on Yehovanın Şahidinə qarşı cinayət işləri açılıb. Hakimiyyət nümayəndələri israrla Rusiyadakı bacı-qardaşlarımızı imandan döndərmək istəyirlər. Biz bilirik ki, belə vəziyyətdə onların gücü sakitliyi qorumaq və qayğıkeş Atamız Yehovaya etibar etməkdir (Əşiya 30:15).