Kontentə keç

Valeri Moskalenko son məhkəmə iclaslarının biri zamanı qəfəsdə

30 AVQUST 2019
RUSİYA

Gələn həftə Valeri Moskalenkonun işi üzrə qərarın verilməsi gözlənilir

Gələn həftə Valeri Moskalenkonun işi üzrə qərarın verilməsi gözlənilir

Xabarovskun Jeleznodorojnı Rayon Məhkəməsinin hakimi İvan Belıx 52 yaşlı qardaşımız Valeri Moskalenkonun cinayət işi üzrə qərarın elan olunmasını 2 sentyabr 2019-cu il tarixinə təyin edib.

İvan Moskalenko 2 avqust 2018-ci il tarixində Federal Təhlükəsizlik Xidmətinin (FTX) və polis dəstəsinin səhər saatlarında evinə keçirdiyi reyd zamanı saxlanılaraq məhkəməyəqədər həbsə yerləşdirilmişdi. Hüquq-mühafizə orqanlarının əməkdaşları onu həbs etməzdən öncə təxminən beş saat evində axtarış aparıb. Bir ildən çoxdur məhkəməyəqədər həbsdə saxlanıldığını nəzərə alsaq, ehtimal var ki, o da, Dennis Kristensen kimi, məhkum edilib həbsə salınacaq.

18 dekabr 2018-ci il tarixində Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) «Moskalenko Rusiyaya qarşı» ərizəsi verilib. Ümumilikdə, Rusiyaya qarşı AİHM-ya 50-dən çox ərizə verilib və Rusiya hökuməti onlardan 34-ü barədə artıq məlumatlandırılıb.

Bütün təqiblərə və çəkdikləri əziyyətlərə baxmayaraq, dözüm və iman göstərdiklərinə görə Rusiyadakı bacı-qardaşlarımızla fəxr edirik. Tamamilə aydındır ki, Yehova onlarladır və onları xeyir-dualandırır. Yehovaya dua edirik ki, gələn həftə veriləcək qərardan asılı olmayaraq, sevinclə dözüm göstərməsi üçün Valeri Moskalenkoya güc versin (2 Salonikililərə 1:4).