25 NOYABR 2020
RUSİYA
Gənc qardaşımız Semyon Baybakın cinayət işi üzrə qərarın elan edilməsi gözlənilir
Qərarın elan ediləcəyi tarix
18 dekabr 2020-ci il tarixində a Rostov-Don şəhərinin Leninski Rayon Məhkəməsində qardaşımız Semyon Baybakın işi üzrə qərarın elan edilməsi gözlənilir. Prokuror onun üçün dörd il şərti həbs cəzası istəyib.
Qardaş haqqında məlumat
Semyon Baybak
Doğulduğu il: 1997 (Rostov-Don)
Bioqrafiya. Böyük qardaşı və bacısı var. Çin dilini öyrənib. Çin dilindən dərs deyir. Kitab oxumağı və şeir yazmağı sevir.
Yehova barədə uşaqlıqda valideynlərindən öyrənib. Müqəddəs Kitab nəsihətlərinin nə qədər hikmətli olduğunu görəndə onlara əməl etmək qərarına gəldi. Əqidəsinə görə hərbi xidmətdən imtina edib. 2015—2017-ci illərdə alternativ mülki xidməti yerli uşaq xəstəxanasında sanitar işləməklə icra edib.
Cinayət işi haqda məlumat
22 may 2019-cu il tarixində ekstremizm əleyhinə mübarizə mərkəzinin əməkdaşları Rostov-Don şəhərində 13 dindaşımızın evinə reyd keçirdi. İki həftədən sonra, 6 iyun 2019-cu il tarixində Semyon qardaşa qarşı cinayət işi açıldı. Onu saxlayıb istintaq təcridxanasına saldılar. Məhkəmə iclasından sonra onu iki ay müddətinə ev dustaqlığına keçirdilər. Bu müddət yeddi dəfə uzadıldı.
Semyonu əvvəl-əvvəl dini yığıncaqlarda iştirak etməkdə və öyrəndiklərini başqaları ilə bölüşməkdə ittiham etdilər. 2019-cu ilin noyabr ayında bu «cinayət əməllərinə» «ekstremist» təşkilatı maliyyələşdirmə ittihamı da əlavə olundu.
Rusiyada bacı-qardaşlarımıza qarşı yönəldilmiş təqiblər səngimək bilmir. Lakin biz əminik ki, «sülh Allahı» olan Yehova «iradəsini icra [etmələri]» üçün onlara lazım olan hər şeyi verəcək (İbranilərə 13:20, 21).
a Tarix dəyişə bilər.