Kontentə keç

9 İYUN 2020
RUSİYA

Gennadi Şpakovski altı il yarım müddətinə həbsə məhkum edilib

Gennadi Şpakovski altı il yarım müddətinə həbsə məhkum edilib

Çərşənbə axşamı, 9 iyun 2020-ci il tarixində Pskov Şəhər Məhkəməsi 61 yaşlı qardaşımız Gennadi Şpakovskini təqsirli bilərək altı il yarım müddətinə həbsə məhkum edib. Onu düz məhkəmə zalında həbs ediblər. 2017-ci ildə Rusiya Federasiyasının Ali Məhkəməsinin bizim fəaliyyətimizi cinayət elan etdiyi qərarından sonra bu, qardaşlarımıza təyin olunmuş ən uzun müddətli həbs cəzasıdır. Gennadi qardaş hökmdən şikayət verəcək.