3 AVQUST 2020
RUSİYA
Gennadi Şpakovski qardaş həbsdən azad edildi
Bazar ertəsi, 3 avqust 2020-ci il tarixində Pskov Vilayət Məhkəməsi Gennadi Şpakovskinin həbsdən azad edilməsinə qərar verdi. Məhkəmə ona bəraət verməsə də, altı il yarım müddətinə həbs hökmünü eyni müddətli şərti həbslə əvəz etdi (iki il sınaq müddəti ilə). Məhkəmənin qərarından bir neçə saat sonra Gennadi qardaş azad edildi. Prokurorun qərardan şikayət vermək hüququ var.