Kontentə keç

Gennadi Şpakovski həyat yoldaşı Tatyana ilə

5 İYUN 2020
RUSİYA

Gennadi Şpakovski yeddi il yarım müddətinə həbs edilə bilər

Gennadi Şpakovski yeddi il yarım müddətinə həbs edilə bilər

8 iyun 2020-ci il tarixində Pskov Şəhər Məhkəməsi 61 yaşlı qardaşımız Gennadi Şpakovskinin işi üzrə qərarını elan edəcək. O, evində kiçik məsihi yığıncağı keçirildiyinə görə «ekstremist» fəaliyyətində ittiham edilir. Prokuror onun üçün yeddi il yarım həbs cəzası istəyib.

2018-ci ilin əvvəlində Federal Təhlükəsizlik Xidmətinin (FSB) əməkdaşları onun evində gizli qulaqasma qurğusu quraşdırmışdılar. Onlar bir neçə ay ərzində onu və ailəsini pusurdular. 3 iyun 2018-ci il tarixində saat 12:45-də FSB əməkdaşları və Milli qvardiyanın silahlanmış döyüşçüləri onun yaşadığı mənzilin qapısını sındıraraq içəri daxil oldular. Bu zaman mənzildə dinc ibadət görüşü gedirdi. Onlar mənzildə altı saat axtarış apardılar.

FSB əməkdaşları Yehovanın Şahidlərinin planşet və telefonlarını müsadirə etdilər və sorğu-sual üçün onları idarəyə apardılar. Sorğu-sual zamanı dindaşlarımız təhqirlərə məruz qaldı, onları işdən qovmaqla və həbslə hədələdilər. Gennadi qardaşın sorğu-sual edilməsi axşam saat 10-dək davam etdi.

19 mart 2019-cu il tarixində Gennadi qardaşı «ekstremist» təşkilatın fəaliyyətini təşkil etməkdə ittiham etdilər. Beş aydan sonra ona qarşı daha bir ittiham irəli sürüldü — ekstremist təşkilatın maliyyələşdirilməsi.

Məhkəmə qərarını gözlədiyimiz müddətdə Gennadi qardaşımıza və onun ailəsinə görə hərarətlə dua edirik. Biz tam əminik ki, Yehova onlara hər şeyə dözməyə güc verəcək və dözümə görə onları mükafatlandıracaq (2 Salnamələr 15:7).