30 İYUL 2021
RUSİYA
Gennadi German və Roman Qridasov həbsdən azad edildilər
29 iyul 2021-ci il tarixində cəza müddətlərini bitirən Gennadi German və Roman Qridasov azadlığa buraxıldılar. Onlar Orenburq həbsxanasına gətiriləndən sonra döyülən beş qardaşın arasında idilər. Feliks Maxammadiyev 2021-ci ilin yanvar ayında, Aleksey Budençuk isə iyul ayında azadlığa çıxdı. Aleksey Miretski hələ də həbsdədir. O, bu ilin avqust ayının əvvəlində azadlığa buraxılmalıdır.