26 FEVRAL 2021
RUSİYA
Həbs təhlükəsinə baxmayaraq, Sergey Verxoturov mətin qalır
Qərarın elan ediləcəyi tarix
1 mart 2021-ci il tarixində a Nijnı Novqorod şəhərinin Priokski Rayon Məhkəməsində Sergey Verxoturovun işi üzrə qərarın elan edilməsi gözlənilir. O, yeddi il müddətinə həbsə məhkum edilə bilər.
Qardaş barədə məlumat
Sergey Verxoturov
Doğulduğu il: 1974 (İrkutsk vilayəti, Baykalsk)
Bioqrafiya. On il elektrik işləyib. Axırıncı dəfə sənayə müəssisələrinin birində hüquq məsləhətçisi işləyib.
Müqəddəs Kitaba marağı hələ uşaqlıqda yaranıb. Yehovanın Şahidi ilə Müqəddəs Kitabı araşdıran iş yoldaşının davranışı ona dərin təsir bağışladı və nəticədə, o, Müqəddəs Kitabı öyrənmək təklifini qəbul etdi. Müqəddəs Kitabın məntiqli və sadə olması onu heyran etdi. 1995-ci ildə vəftiz olundu. 2001-ci ildə Viktoriya ilə evləndi.
Cinayət işi haqda məlumat
2019-cu il 16 və 17 iyul tarixlərində güc strukturları Nijnı Novqorod vilayətində, Verxoturovların da evi daxil olmaqla, Yehovanın Şahidlərinin yaşadığı 35 evdə axtarış apardı. Sergey deyir ki, onun evinə basqın ediləndə o, sakit idi, yalnız cüzi həyacan hiss edirdi. Sergeyə hədə-qorxu gəldilər ki, məxfi məlumatları açıqlamasa, Viktoriyanı həbs edəcəklər. Sergey xatırlayır: «Mənim üçün ən çətini [bu] idi». Yehovanın köməyi sayəsində o, mətin qaldı, Viktoriya isə b həbs edilmədi.
O deyir: «Mən gələcəkdə baş verəcək hadisələrdən qorxmamağı öyrəndim, çünki həmin hadisə baş verəndə çox vaxt sənin təsəvvür etdiyin kimi olmur. Yalnız sınaqla üzləşəndə dərk edirsən ki, o, kənardan göründüyü kimi dözülməz deyil. Sınaqlar zamanı sən Yehovanın xüsusi dəstəyini hiss edirsən».
Sevincini qorumaq üçün Sergey Yehova və başqaları üçün nə isə edir. O deyir: «Təkcə bir arzum var — istəyirəm ki, Yehova Öz adını tanıtsın. Mən bu barədə dua edirdim və bundan sonra da edəcəyəm. Həm də dua edirəm ki, sınaqlara Onun adına layiq tərzdə tab gətirim və bununla Onun barəsində yaxşı şahidlik verim. Təqib olunduğum bütün bu müddət ərzində müxtəlif insanlarla üzləşmişəm. Onların Allah haqqında çox az, yaxud ümumiyyətlə heç bir məlumatı yoxdur. Yehovaya yalvarıram ki, onlara Onu bütün qəlbləri ilə qəbul etməyə kömək etsin».
Biz həvari Bulusun növbəti sözlərinə şərikik: «Qoy sülh mənbəyi olan Ağa daima sizə hər sahədə sülh versin. Qoy Ağa sizinlə olsun» (2 Salonikililərə 3:16).