29 MART 2023 | YENİLƏNİB: 18 APREL 2023
RUSİYA
Həbsdə olan qardaşlarımız Yehovadan kömək alırlar | YENİLƏNİB. QARDAŞLAR HƏBS OLUNDU
17 aprel 2023-cü il tarixində Həştərxan Vilayətinin Axtubinsk Rayon Məhkəməsi Rinat Kiramov, Sergey Korolyov və Sergey Kosyanenkonu təqsirli bildi və hər birini yeddi il müddətinə həbsə məhkum etdi. Qardaşlar 2021-ci ilin noyabr ayından istintaq təcridxanasında saxlanılırdı və həbsdə qaldılar.
Qardaşlar barədə məlumat
Yehova xidmətçiləri üçün pənah yeridir və O onları qolları üstündə gəzdirir. Bunu bilmək bizə təskinlik verir (Qanunun təkrarı 33:27).
Hadisələrin gedişatı
9 noyabr 2021-ci il
Cinayət işi açıldı. Axtubinsk və Znamensk şəhərlərində Rinat Kiramov, Sergey Korolyov və Sergey Kosyanenkonun da evləri daxil olmaqla, Yehovanın Şahidlərinin yaşadığı 15 evdə axtarış aparıldı.
10 noyabr 2021-ci il
Sergey Korolyov həbs olundu.
11 noyabr 2021-ci il
Rinat Kiramov və Sergey Kosyanenko həbs olundu. Qardaşların üçü də məhkəməyədək həbsə salındı.
14 noyabr 2022-ci il
Cinayət işi üzrə məhkəmə icraatı başladı.