9 DEKABR 2022 | YENİLƏNİB:25 APREL 2023
RUSİYA
«Hərarətlə etdiyim dualar mənə kömək edir» | YENİLƏNİB. BACI CƏRİMƏ OLUNDU
25 aprel 2023-cü il tarixində Çelyabinsk Şəhərinin Metallurgiçeski Rayon Məhkəməsi İrina Mixaylenkonu təqsirli bilərək 120 000 rubl (1471 ABŞ dolları) məbləğində cərimə etdi.
Bacı barədə məlumat
İrina bacının şövqü və Yehovaya olan etibarı bizi ruhlandırır. Yehova «sadiq bəndələrinin canını hifz edir» (Zəbur 97:10).
Hadisələrin gedişatı
26 mart 2019-cu il
Çelyabinskdə İrina bacının evi də daxil olmaqla, Yehovanın Şahidi olan on ailənin evində axtarış aparıldı.
31 avqust 2021-ci il
Cinayət işi açıldı.
22 oktyabr 2021-ci il
Bacının evində yenidən axtarış aparıldı və sorğu-sual olundu. Başqa yerə getməmək barədə iltizam alındı.
27 oktyabr 2021-ci il
Rəsmi olaraq qadağan olunmuş dini təşkilatın fəaliyyətində iştirak etməkdə ittiham olundu.
7 sentyabr 2022-ci il
Cinayət işi üzrə məhkəmə icraatı başladı.