Kontentə keç

Yelena Barmakina həyat yoldaşı Dmitri ilə Vladivostokun Pervoreçenski Rayon Məhkəməsinin yanında

29 SENTYABR 2020
RUSİYA

Hakim Yelena Barmakinanın işini prokurorluğa geri göndərib

Hakim Yelena Barmakinanın işini prokurorluğa geri göndərib

29 sentyabr 2020-ci il tarixində Vladivostokun Pervoreçenski Rayon Məhkəməsi Yelena Barmakinanın işi üzrə qərar qəbul etmədi. İttiham tərəfi Yelenanın ekstremist fəaliyyətində iştirakı ilə əlaqədar yetərli sübutlar təqdim etmədiyi üçün hakim işi prokurorluğa geri göndərdi. Prokuror qərardan şikayət verə bilər. Bunu etmədikdə isə Yelenanın günahlı olduğuna dair tutarlı sübutlar məhkəməyə təqdim edilənə qədər iş üzrə icraat dayandırılacaq.