Kontentə keç

Solda: Dulova Darya və Venera. Sağda Aleksandr Pryanikov həyat yoldaşı Anastasiya ilə. Ortada: Svetlana Zalyayeva

21 YANVAR 2022
RUSİYA

Karpinsk şəhərində Yehovaya güvənən dindaşlarımız imanda möhkəm qalır

Karpinsk şəhərində Yehovaya güvənən dindaşlarımız imanda möhkəm qalır

Sverdlovsk Vilayətinin Karpinsk Şəhər Məhkəməsində tezliklə Darya Dulova, Venera Dulova, Aleksandr Pryanikov, onun həyat yoldaşı Anastasiya və digər bacımız Svetlana Zalyayevanın işi üzrə qərar elan ediləcək. Prokuror onlar üçün istədiyi cəza növünü hələ bildirməyib.

Hadisələrin gedişatı

  1. 27 yanvar 2020-ci il

    Aleksandr, Darya və Venera barədə başqa iş üzrə qərar çıxarıldı.

  2. 2020-ci il fevral ayı

    Aleksandr, Darya və Venera barədə ikinci cinayət işi açıldı.

  3. 30 mart 2020-ci il

    Hüquq-mühafizə orqanlarının əməkdaşları ittiham olunanların evlərində axtarış keçirdi və elektron cihazlarını müsadirə etdi.

  4. 19 may 2020-ci il

    Anastasiya və Svetlana ittiham olunan şəxs qismində işə cəlb edildi. Hər ikisindən başqa yerə getməmək barədə iltizam götürüldü.

  5. 29 aprel 2021-ci il

    Cinayət işi üzrə məhkəmə araşdırması başladı.

Dindaşlarımız barədə məlumat

Yehova Rusiyada təqib olunan bacı-qardaşlarımızın məhəbbətlə qayğısına qalır və onlara dayaq olur. Bunu görəndə imanımız möhkəmlənir. Onların sınanmış imanı Allaha şöhrət və şərəf gətirir (1 Butrus 1:7).