10 İYUL 2023
RUSİYA
Komsomolsk-Amur şəhərində üç bacı məhkum edilib
23 mart 2023-cü il tarixində Komsomolsk-Amur Şəhərinin Tsentralnı Rayon Məhkəməsi Tatyana Bondarenko, Yelena Nestorova və Tatyana Svobodanı təqsirli bilərək beş il müddətinə şərti həbs cəzasına məhkum etdi. Cəza şərti olduğu üçün bacılar həbsxanaya salınmayacaq.
Bacılarımız barədə məlumat
Dua edirik ki, Yehova bu sadiq bacılarımıza dəstək olsun və onlara güc versin (Rut 2:12).
Hadisələrin gedişatı
21 sentyabr 2021-ci il
Tatyana Svoboda barəsində cinayət işi açılır
18 oktyabr 2021-ci il
Tatyana Bondarenko və Yelena Nesterova barəsində də istintaq aparılır.
20 oktyabr 2021-ci il
Evlərdə axtarış aparılır
28 avqust 2022-ci il
Cinayət işi məhkəməyə göndərilir
28 dekabr 2022-ci il
Cinayət işi üzrə məhkəmə icraatı başlanır
23 mart 2023-cü il
Təqsirli bilinərək beş il müddətinə şərti həbs cəzasına məhkum edilirlər