Kontentə keç

Konstantin Quzev

19 FEVRAL 2021
RUSİYA

Konstantin Quzev imanına görə məhkum edildi

Konstantin Quzev imanına görə məhkum edildi

Hökm

18 fevral 2021-ci il tarixində Yəhudi Muxtar Vilayətinin Birobican Rayon Məhkəməsi qardaşımız Konstantin Quzevi iki il yarım müddətinə şərti həbs cəzasına məhkum etdi. Cəza şərti olduğu üçün bu dəfə o həbsə getməyəcək.

Qardaş barədə məlumat

Konstantin Quzev

  • Doğulduğu il: 1964 (Xabarovsk)

  • Bioqrafiya. Konstantinin atası içki düşkünü idi və tez-tez yoldaşına əl qaldırırdı. Həyatın mənasını axtarırdı. Suallarına cavab tapmayıb, narkotikə və içkiyə qurşandı. Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı araşdırması sayəsində suallarına qaneedici cavablar tapdı və həyat tərzini tamamilə dəyişdi. 2000-ci ildə vəftiz olundu. 2001-ci ildə Anastasiya ilə evləndi.

Cinayət işi haqda məlumat

2018-ci ilin may ayında Rusiyanın güc strukturları «Qiyamət günü» əməliyyatını keçirəndə Konstantinin də evini axtardılar. Hüquq-mühafizə orqanlarının 150 əməkdaşı Birobican şəhərində Yehovanın Şahidlərinin yaşadığı evlərdə axtarış apardı. 29 iyul 2019-cu il tarixində Konstantin barədə cinayət işi açıldı. Sadəcə dini yığıncaq keçirdiyinə görə onu «ekstremist təşkilatın fəaliyyətini təşkil etməkdə» ittiham etdilər.

Həmin ərazidə, Konstantinin həyat yoldaşı Anastasiya da daxil olmaqla, 22 Yehovanın Şahidi barədə 19 cinayət işi açıldı.

Konstantin və Anastasiyaya Rusiyadakı digər cəsarətli bacı-qardaşların nümunəsi güc verir. Konstantin deyir: «Mən bəzi bacıların məhkəmədə bir kəlmə də deməyəcəklərini şəxsən eşitmişdim... Lakin Yehovanın köməyi və qardaşların duaları sayəsində onlar gözəl natiq oldular və imanlarını müdafiə etdilər».

Rusiyadakı bütün bacı-qardaşlar üçün dua edirik. Biz əminik ki, onlara qarşı görülən heç bir tədbir onların imanını sındırmayacaq, çünki Yehova onlarladır (Əşiya 8:10).