Kontentə keç

Oryol Vilayət Məhkəməsi

14 MAY 2019
RUSİYA

Kristensenin apellyasiya məhkəməsi sona çatmaq üzrədir

Kristensenin apellyasiya məhkəməsi sona çatmaq üzrədir

Çərşənbə axşamı, 7 may 2019-cu il tarixində Oryol Vilayət Məhkəməsində sadəcə öz dininə etiqad etdiyinə görə altı il müddətinə həbs cəzasına məhkum edilmiş Dennis Kristensenin işi üzrə apellyasiya məhkəməsinin iclası başlayıb. Məhkəmə baxışı Rusiya məhkəmələrində adət etmiş hal üzrə gedir: məhkəmə Dennis Kristensenin vəkillərinin onun təqsirsiz olduğuna dair təqdim etdikləri təkzibolunmaz sübutlara baxmaqdan imtina edir. Üç hakimdən ibarət məhkəmə kollegiyasının bu həftənin sonunda qərar verəcəyi gözlənilir.

İclasın birinci günündə qardaşımıza dəstək olmaq istəyən çoxlu sayda bacı-qardaşımız məhkəməyə gəlmişdir. İştirakçılar arasında həmçinin müxtəlif ölkələrin diplomatik nümayəndələri, jurnalistlər və hüquq müdafiəçiləri vardı. İclas 20—25 nəfərlik ağzınacan dolu balaca zalda başladı. 50-dən çox insana isə zala daxil olmağa icazə verilmədi. Məhkəmə Dennis Kristensenin vəkillərinin məhkəmə iclasının daha geniş — təxminən 80 nəfərlik zalda keçirilməsi üçün verdiyi vəsatəti təmin etdi. Üç saatdan sonra məhkəmə təxirə salındı.

Məhkəmə iclasının ikinci günü hakimlər vəkillərin Dennis Kristensenin təqsirsiz olduğunu sübut edən dəlillərin yenidən araşdırılmasına dair verdiyi vəsatəti təmin etmədi. Bu çox məyusedicidir, çünki Dennis Kristensenin vəkilləri əmin idi ki, bu sübutlar hökm qərarının əsassız olduğunu üzə çıxaracaq. Həmin günün sonunda məhkəmə iclasın cümə axşamı, mayın 16-sı davam edəcəyini və son məhkəmə çıxışları olacağını elan etdi.

Biz dua edirik ki, Rusiyadakı bacı-qardaşlarımız qəlb rahatlığını və Yehovanın onlara həqarətlə yanaşanların əlindən qurtarmaq vədinə imanlarını qoruyub saxlasınlar (Zəbur 12:5).