Kontentə keç

Soldan sağa: Andrey Andreyev, Artyom Baqratyan həyat yoldaşı Alevtina ilə və Andrey Rışkov

16 MART 2021
RUSİYA

Kursk vilayətində bir cütlük və üç qardaşın işi üzrə qərar elan ediləcək

Kursk vilayətində bir cütlük və üç qardaşın işi üzrə qərar elan ediləcək

YENİLƏNİB| Beş Yehovanın Şahidinin apelyasiya şikayəti təmin olunmadı

20 yanvar 2022-ci il tarixində Kursk Vilayət Məhkəməsi Andrey Andreyev, Andrey Rışkov, Aleksandr Vospitanyuk, Artyom Baqratyan və onun həyat yoldaşı Alevtinanın apelyasiya şikayətini təmin etmədi. Birinci instansiya məhkəməsinin qərarı qüvvədə qaldı.

3 iyun 2021-ci il tarixində Kursk Şəhərinin Promışlennı Rayon Məhkəməsi bir cütlük və digər üç qardaş barədə qərarını elan etdi. Andrey Andreyev dörd il yarım, Andrey Rışkov üç il, Artyom Baqratyan iki il yarım, onun həyat yoldaşı Alevtina isə iki il müddətinə həbsə məhkum edildilər. İşə ittiham edilən şəxs qismində əlavə edilən daha bir qardaş, Aleksandr Vospitanyuk, iki il müddətinə şərti həbs cəzasına məhkum edildi. Ona əlavə məhdudiyyətlər də qoyulub.

Dindaşlarımız barədə məlumat

Andrey Andreyev

  • Doğulduğu il: 1976 (Kursk şəhəri)

  • Bioqrafiya. 1999-cu ildə Svetlana ilə ailə həyatı qurub. İki qızı var. Müqəddəs Kitabdakı yerinə yetmiş peyğəmbərliklər onu Müqəddəs Kitabı öyrənməyə təşviq etdi. 2002-ci ildə vəftiz olundu.

Alevtina Baqratyan

  • Doğulduğu il: 1977 (Kursk şəhəri)

  • Bioqrafiya. Uşaqlıqdan incəsənəti sevir. Müqəddəs Kitabı gənc yaşlarından öyrənməyə başlayıb. 1997-ci ildə vəftiz olundu. 2012-ci ildə Artyomla ailə həyatı qurdu. Eyni vaxtda həm anasının qeydinə qalır, həm də saç ustası işləyirdi.

Artyom Baqratyan

  • Doğulduğu il: 1972 (Ermənistan, Abovyan şəhəri)

  • Bioqrafiya. Ermənistandan Rusiyaya köçmüşdü. Alevtina ilə Kurskda tanış olub. Onlar təbiət qoynunda vaxt keçirməyi sevirlər. Artyom 2000-ci ildə vəftiz olunub.

Andrey Rışkov

  • Doğulduğu il: 1987 (Kursk şəhəri)

  • Bioqrafiya. Atası o, uşaq ikən vəfat edib. Anası iki işdə işlədiyi üçün uşaqlığı, demək olar ki, babası ilə keçib. İllərlə onu narahat edən suallarına cavab tapandan sonra Müqəddəs Kitabla maraqlanmağa başladı. 2011-ci ildə vəftiz olundu. 2016-cı ildə Marina ilə ailə həyatı qurdu. Əvvəllər mənzillərin təmiri ilə məşğul olurdu.

Cinayət işi haqda məlumat

16 oktyabr 2019-cu il tarixində Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları Kurskda Yehovanın Şahidlərinin yaşadığı evlərə kütləvi reydlər keçirdi və onları sorğu-sual etdi. Nəticədə, Andrey Andreyev və Baqratyanlar ailəsi həbs edildi. 21 yanvar 2020-ci il tarixində isə Andrey Rışkov həbs edildi. 17 dekabr 2020-ci il tarixində 13 ay istintaq təcridxanasında həbsdə olan Alevtina Baqratyan ev dustaqlığına keçirildi. Qardaşların üçü də hələ istintaq təcridxanasında saxlanılır.

Artyom Baqratyan şəkər xəstəsidir. Ayrı-ayrı kameralarda saxlanıldıqları vaxtı xatırlayan Alevtina deyir: «Uzun müddət onun səhhəti barədə heç bir məlumat ala bilmirdim. Onun üçün bərk darıxırdım».

Bununla belə, Alevtina əmin idi ki, Yehova təcridxanada həm onun, həm də qardaşların qayğısına qalacaq. Bacı deyir: «Yehova həmişə məni möhkəmləndirirdi. Əminəm ki, bundan sonra da möhkəmləndirəcək. Mən Ona etibar edirəm».

Biz əminik ki, Yehova bu qardaşlar və bacı üçün möhkəm qala olacaq (Məsəllər 18:10).