Kontentə keç

Larisa Artamonova

15 FEVRAL 2021
RUSİYA

Larisa Artamonova imanına görə məhkum edilib

Larisa Artamonova imanına görə məhkum edilib

Qərar

12 fevral 2021-ci il tarixində Yəhudi Muxtar Vilayətinin Birobican Rayon Məhkəməsi Larisa Artamonovanın işi üzrə qərarını elan etdi. Prokuror onun üçün alt il müddətinə həbs cəzası istəsə də, o, 10 000 rubl (135 ABŞ dolları) məbləğində cərimə edildi.

Bacı barədə məlumat

Larisa Artamonova

  • Doğulduğu il: 1970 (Yəhudi Muxtar Vilayəti, Birobican şəhəri)

  • Bioqrafiya. Larisanın üç yaşı olanda atası qətlə yetirildi. Aşpaz-şirniyyatçı, qrafik dizayner və dərzi işləyib. 1990-cı ildə ailə həyatı qurub. Nadir xəstəlikdən əziyyət çəkən Yevgeni adında bir oğlu var. Bacının özündə isə oynaqlarına təsir edən autoimmun xəstəliyi var. Səhhətindəki problemlərə baxmayaraq, aktiv həyat sürür. Velosiped, konki və ayaq xizəyi sürməyi, eləcə də portret çəkməyi sevir.

    Haqsızlıq, bəlalar və pislik barədə suallarına cavab tapmaq üçün Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı araşdırmağa başladı və suallarına qaneedici cavablar tapdı. 1995-ci ildə vəftiz olundu.

Cinayət işi haqda məlumat

25 sentyabr 2019-cu il tarixində Larisa Artamonova barədə cinayət işi açıldı. Oğlu barədə isə ayrıca cinayət işi açılıb. Onlardan başqa, Yəhudi Muxtar Vilayətində daha 20 Yehovanın Şahidi «ekstremist» təşkilatın fəaliyyətində iştirak etməkdə ittiham edilir.

Larisanın anası və ögey atası inana bilmir ki, onu az qalmışdı dini əqidəsinə görə altı il müddətinə həbsə məhkum etsinlər. Vaxtilə onun atasının qatilinə də eyni hökm kəsilmişdi.

Birobicanda təqiblər başlamazdan bir qədər əvvəl Larisa və oğlu Yehovaya daha çox xidmət etməyə başladılar. O deyir: «Yehovaya fəal xidmət edən, özünün və ailəsinin ruhaniliyini möhkəmləndirən insan heç nədən qorxmur... Bizi təqib edənlərdən istifadə edərək Şeytan bizi inandırmağa çalışır ki, məsihi fəaliyyətimiz azadlığımız üçün təhlükədir. Lakin Yehova bizi əmin edir ki, azadlığımız bizə öyrətdiklərinə riayət etməkdən asılıdır».

Birobicanda cinayət təqibinə baxmayaraq, Ona sadiq qalan 22 bacı-qardaş əmindir ki, Yehova onlardan razıdır və Ona meydan oxuyan Şeytanın cavabını verir (Məsəllər 27:11).