19 MAY 2022 | YENİLƏNİB: 6 FEVRAL 2023
RUSİYA
Lesozavodsk şəhərində imanlarına görə təqib olunanlar | YENİLƏNİB. HÖKM OXUNDU
3 fevral 2023-cü il tarixində Lesozavodsk Rayon Məhkəməsi (Primorsk) Yevgeni Qrinenko, Sergey Kobelev və Svetlana Yefremovanı təqsirli bildi. Yevgeni və Sergey altı il müddətinə, Svetlana isə üç il müddətinə şərti həbs cəzasına məhkum edildi. Cəza şərti olduğu üçün onlar həbsə salınmayacaq.
Hadisələrin gedişatı
12 may 2020-ci il
Yevgeni barədə cinayət işi açıldı. Onu «ekstremist» təşkilatın fəaliyyətini təşkil etməkdə ittiham etdilər. FTX Yevgeni və Sergeyin evlərində axtarış apardı. Digər FTX əməkdaşları isə Sergeyin iş yerinə gedib onu tutdular. Dörd saat çəkən sorğu-sualdan sonra onu buraxdılar. Yevgenini də tutdular və müvəqqəti saxlama kamerasına saldılar.
14 may 2020-ci il
Yevgeni barəsində məhkəməyədək həbs qətimkan tədbiri seçildi.
29 may 2020-ci il
Yevgenini Spassk-Dalni şəhərinin yaxınlığında yerləşən istintaq təcridxanasına keçirdilər.
8 iyul 2020-ci il
Məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri ləğv olundu və onu ev dustaqlığına saldılar.
6 fevral 2021-ci il
Yevgenini ev dustaqlığından azad etdilər və ondan başqa yerə getməmək barədə iltizam aldılar.
8 mart 2021-ci il
«Ekstremist» təşkilatın fəaliyyətində iştirak etmək ittihamı ilə Sergey barədə cinayət işi açıldı.
6 aprel 2021-ci il
Cinayət işinə Svetlana da cəlb edildi.
Dindaşlarımız barədə məlumat
Cəsur bacı-qardaşlarımız bizim üçün gözəl nümunədir, axı «biz Allahın Padşahlığına girmək üçün çoxlu əzab-əziyyətdən keçməliyik» (Həvarilərin işləri 14:22).