Kontentə keç

Lyudmila Salikova

31 YANVAR 2022 | YENİLƏNİB: 27 MART 2023
RUSİYA

Lyudmila Salikova təsəlli və gücü Yehovadan alır | YENİLƏNİB. HƏBS MÜDDƏTİ AZALDILIB

Lyudmila Salikova təsəlli və gücü Yehovadan alır | YENİLƏNİB. HƏBS MÜDDƏTİ AZALDILIB

23 mart 2023-cü il tarixində Çelyabinsk Vilayət Məhkəməsi Lyudmila Salikovanın verdiyi ikinci apelyasiya şikayəti üzrə qərarını elan edib. Məhkəmə bacı barəsində çıxarılmış şərti həbs cəzasını altı ildən iki il yarım müddətinədək azaldıb. Cəza şərti olduğu üçün bacı həbsə salınmayacaq.

17 mart 2022-ci il tarixində Çelyabinsk Vilayət Məhkəməsi Lyudmila Salikovanın apelyasiya şikayətini təmin etmədi.

20 yanvar 2022-ci il tarixində Çelyabinsk Vilayətinin Snejinsk Şəhər Məhkəməsi Lyudmila bacını altı il müddətinə şərti həbs cəzasına məhkum etdi.

Hadisələrin gedişatı

  1. Noyabr 2020-ci il

    Snejinsk şəhərində hüquq-mühafizə orqanlarının və güc strukturlarının əməkdaşları Lyudmilanın da evi daxil olmaqla, Yehovanın Şahidlərinin yaşadığı dörd evdə axtarış apardılar. Bacının iş yerində də axtarış aparıldı. Bundan sonra o, işdən çıxmaq məcburiyyətində qaldı.

  2. 26 avqust 2021-ci il

    Lyudmila barədə cinayət işi açıldı. Onu qadağan edilmiş dini təşkilatın mərasimlərini təşkil etməkdə və qadağan edilmiş nəşrləri idxal etməkdə ittiham etdilər.

  3. 8 dekabr 2021-ci il

    Cinayət işi üzrə məhkəmə icraatı başladı.

Bacı barədə məlumat

Yehova Rusiyadakı bacı-qardaşlara təsəlli və güc verməyə davam edir. Qayğıkeş Allahımız bizi əmin edir: O, «yetimə, əzilənə haqq [qazandıracaq] ki, torpaqdan yaranmış fani insan bir daha onları qorxutmasın» (Zəbur 10:18).