Kontentə keç

Yuxarı cərgə (soldan sağa): Denis Antonov, Aleksandr Şevçuk, Aleksandr Korolyov

Aşağı cərgə (soldan sağa): Vladimir Atryaxin, Georgi Nikulin və həyat yoldaşı Yelena

16 DEKABR 2021
RUSİYA

Müqəddəs Kitabı hər gün oxumaq altı dindaşımıza sınaqlara tab gətirməyə kömək edir | YENİLƏNİB

Müqəddəs Kitabı hər gün oxumaq altı dindaşımıza sınaqlara tab gətirməyə kömək edir | YENİLƏNİB

25 avqust 2022-ci il tarixində Saransk Şəhərinin Leninski Rayon Məhkəməsi Denis Antonovu, Vladimir Atryaxini, Aleksandr Korolyovu, Georgi Nikulini, Yelena Nikulinanı və Aleksandr Şevçuku məhkum etdi. Denis, Aleksandr Korolyov və Aleksandr Şevçuk iki il, Georgi və Yelena dörd il iki ay, Vladimir isə 6 il müddətinə həbsə məhkum edildi. Qərar dərhal qüvvəyə mindi.

Hadisələrin gedişatı

  1. 11 iyun 2021-ci il

    Saransk Şəhərinin Leninski Rayon Məhkəməsində iş üzrə ilk məhkəmə iclası keçirildi.

  2. 2 aprel 2021-ci il

    Yelena rəsmi olaraq ekstremist təşkilatın fəaliyyətində iştirak etməkdə və başqalarını ona cəlb etməkdə ittiham edildi.

  3. 31 mart 2021-ci il

    Vladimir rəsmi olaraq ekstremist təşkilatın fəaliyyətini təşkil etməkdə ittiham edildi.

  4. 2 iyul 2019-cu il

    Aleksandr Şevçuk və Georgi istintaq təcridxanasından azad edildilər. Onlardan başqa yerə getməmək barədə iltizam götürüldü.

  5. 28 mart 2019-cu il

    Vladimir istintaq təcridxanasından azad edildi. Ondan başqa yerə getməmək barədə iltizam götürüldü.

  6. 8 fevral 2019-cu il

    Aleksandr Şevçuk, Vladimir və Georgini istintaq təcridxanasına göndərdilər.

  7. 4 fevral 2019-cu il

    FTX beş qardaş və bacımız Yelena barədə cinayət işi açdı. Onlar ekstremist təşkilatın fəaliyyətini təşkil etməkdə şübhəli bilindilər.

Dindaşlarımız barədə məlumat

Biz əminik ki, Yehova bundan sonra da, təqiblərə baxmayaraq, Ona bel bağlayan Rusiyadakı dindaşlarımızdan məhəbbət və sədaqətini əskik etməyəcək (Yaradılış 32:10).