Kontentə keç

Aleksey Uxov

3 FEVRAL 2022 | YENİLƏNİB: 20 İYUL 2023
RUSİYA

Müqəddəs Kitabı hər gün oxuyub üzərində düşünmək Aleksey Uxova Yehovaya etibar etməyə kömək edir | YENİLƏNİB. QARDAŞ AZADLIĞA BURAXILDI

Müqəddəs Kitabı hər gün oxuyub üzərində düşünmək Aleksey Uxova Yehovaya etibar etməyə kömək edir | YENİLƏNİB. QARDAŞ AZADLIĞA BURAXILDI

18 iyul 2023-cü il tarixində Xabarovsk Vilayət Məhkəməsi Aleksey Uxov qardaşa təyin olunmuş altı il yarım müddətlik həbs cəzasını altı il yarım müddətinə şərti həbs cəzası ilə əvəz etdi. Qərarın elan olunmasından qısa müddət sonra o, həbsxanadan azadlığa buraxıldı.

24 mart 2023-cü il tarixində Xabarovsk Vilayətinin Sovetskaya Qavan Şəhər Məhkəməsi Aleksey Uxovu təqsirli bilərək altı il yarım müddətinə həbsə məhkum etdi. Qardaş elə məhkəmə zalında həbs olundu.

Hadisələrin gedişatı

  1. 22 oktyabr 2020-ci il

    FTX əməkdaşları Uxovların evində axtarış keçirdi. Onların elektron cihazları, fleş-kartları, SIM-kartları, bank kartları, şəxsi qeydləri və çap nəşrləri müsadirə edildi. Aleksey müvəqqəti saxlama kamerasına salındı.

  2. 23 oktyabr 2020-ci il

    Məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçdi.

  3. 9 iyul 2021-ci il

    Qardaş istintaq təcridxanasından azad edildi. Ondan tutulduğu Komsomolsk-Amur şəhərinin ərazisini tərk etməmək barədə iltizam götürüldü.

  4. 6 sentyabr 2021-ci il

    Cinayət işi üzrə məhkəmə araşdırması başladı.

Qardaş barədə məlumat

Biz əminik ki, «özünü adil [Hakim Yehovaya tapşıran]» Aleksey mükafatsız qalmayacaq (1 Butrus 2:23).