Kontentə keç

12 FEVRAL 2020
RUSİYA

Müqəddəs Kitab haqqında danışdığına görə Yevgeni Aksyonov cinayət törətməkdə ittiham olunur

Müqəddəs Kitab haqqında danışdığına görə Yevgeni Aksyonov cinayət törətməkdə ittiham olunur

14 fevral 2020-ci il tarixində Xabarovsk şəhərinin Jeleznodorojnı Rayon Məhkəməsinin Yevgeni Aksyonovun işi üzrə qərar verməsi gözlənilir. Prokuror onun üçün üç il həbs cəzası istəyib.

21 aprel 2018-ci il tarixində Yevgeni qardaş və dost-tanışları Müqəddəs Kitabı müzakirə etmək üçün bir mehmanxananın konfrans-zalında toplaşmışdılar. Yevgeni qardaş toplaşanlara Müqəddəs Kitab prinsiplərinin ailələri necə möhkəmləndirdiyindən danışırdı. Bu səbəbdən onu «ictimai təhlükə doğuran cinayət» törətməkdə və «ekstremist təşkilatının fəaliyyətini təşkil etməkdə» ittiham etdilər. Onun məhkəməsi 21 oktyabr 2019-cu il tarixində başlayıb.

Qardaşın işi üzrə məhkəmə araşdırılması sona yetmək üzrədir. Biz dua edirik ki, o, ailəsi ilə birgə Yehovanın köməyinə arxalanmağa davam etsin və Allahımızın sadiq bəndələrinin, Onun söz verdiyi kimi, heç nədən korluq çəkməyəcəyinə qətiyyən şübhə etməsin (Zəbur 34:9).