Kontentə keç

Yuxarı sıra (soldan sağa): Nikolay Dixtyar və Andrey Lyaxov

Aşağı sıra (soldan sağa): Yuri Ponomarenko və Oleq Sergeyev

29 MAY 2023 | YENİLƏNİB: 3 MAY 2024
RUSİYA

Müqəddəs Kitab prinsipləri dindaşlarımıza təqiblərə dözməyə kömək edir | YENİLƏNİB. QARDAŞLAR TƏQSİRLİ BİLİNDİLƏR

Müqəddəs Kitab prinsipləri dindaşlarımıza təqiblərə dözməyə kömək edir | YENİLƏNİB. QARDAŞLAR TƏQSİRLİ BİLİNDİLƏR

2 may 2024-cü il tarixində Primorye Vilayətinin Pojarski Rayon Məhkəməsi qardaşlarımız Nikolay Dixtyar, Andrey Lyaxov, Yuri Ponomarenko və Oleq Sergeyevi təqsirli bildi. Nikolay Dixtyar iki il altı ay, Andrey Lyaxov iki il səkkiz ay, Yuri Ponomarenko altı il altı ay, Oleq Sergeyev isə altı il dörd ay müddətinə şərti həbs cəzasına məhkum edildi. Cəza şərti olduğu üçün qardaşlar həbsxanaya salınmayacaqlar.

Dindaşlarımız barədə məlumat

Əminik ki, Andrey, Nikolay, Oleq və Yuri kimi biz də Müqəddəs Kitab prinsiplərini həyatımıza tətbiq etsək, hər bir yaxşı işə tamamilə hazır olacağıq (2 Timutiyə 3:16, 17).

Hadisələrin gedişatı

  1. 16 iyul 2021-ci il

    Yuri barəsində cinayət işi açılıb. Ekstremist təşkilatın fəaliyyətini təşkil etməkdə şübhəli bilinib

  2. 22 iyul 2021-ci il

    Yurinin evində axtarış aparılıb

  3. 24 iyul 2021-ci il

    Yuridən başqa yerə getməmək barədə iltizam alınıb

  4. 1 noyabr 2021-ci il

    Oleqin evində axtarış aparılıb

  5. 2 noyabr 2021-ci il

    Oleqdən başqa yerə getməmək barədə iltizam alınıb

  6. 12 fevral 2022-ci il

    Oleqə qarşı ittiham irəli sürülüb və o, təqsirləndirilən şəxs qismində cinayət işinə əlavə olunub

  7. 14 mart 2022-ci il

    Nikolaya qarşı ittiham irəli sürülüb və o, təqsirləndirilən şəxs qismində cinayət işinə əlavə olunub

  8. 15 mart 2022-ci il

    Andreyə qarşı ittiham irəli sürülüb və o, təqsirləndirilən şəxs qismində cinayət işinə əlavə olunub

  9. 10 avqust 2022-ci il

    Cinayət işi üzrə məhkəmə icraatı başlayıb