4 NOYABR 2022
RUSİYA
Müqəddəs Kitabdakı iman örnəkləri onlara güc verir | YENİLƏNİB. ƏR-ARVAD MƏHKUM EDİLDİ
8 noyabr 2022-ci il tarixində Kamçatka Vilayətinin Petropavlovsk-Kamçatskiy Şəhər Məhkəməsi Dmitri Semyonovu və onun həyat yoldaşı Nadejdanı təqsirli bilərək dörd il müddətinə şərti həbs cəzasına məhkum etdi. Cəza şərti olduğu üçün onlar həbsə salınmayacaq.
Hadisələrin gedişatı
3 sentyabr 2021-ci il
Dmitri və Nadejdanın Müqəddəs Kitab dərsi keçdiyi bir qadın FTX-ya məlumat ötürməyə başladı. Onun ötürdüyü məlumat əsasında cinayət işi açıldı. Onlar başqalarını ekstremist təşkilata qoşulmağa və onun fəaliyyətində iştirak etməyə cəlb etməkdə ittiham olundular.
6 sentyabr 2021-ci il
Onların evində axtarış aparıldı və sorğu-sual olundular. Onlardan başqa yerə getməmək barədə iltizam alındı.
26 iyul 2022-ci il
Cinayət işi üzrə məhkəmə icraatı başladı.
Dindaşlarımız barədə məlumat
Dmitri və Nadejdanın nümunəsindən göründüyü kimi, Yehova xidmətçilərinə cəsarət verir və təqiblər qarşısında güclü olmağa kömək edir. O Öz xidmətçilərini heç vaxt atmır (Yuşə 1:9).