Kontentə keç

Boris Yaqovitov və yoldaşı Nataliya

30 SENTYABR 2022
RUSİYA

Müsbət əhval-ruhiyyəni qoruyaraq məyusluqla mübarizə aparır | YENİLƏNİB. QARDAŞA HÖKM OXUNDU

Müsbət əhval-ruhiyyəni qoruyaraq məyusluqla mübarizə aparır | YENİLƏNİB. QARDAŞA HÖKM OXUNDU

Xabarovsk vilayətinin Solneçniy Rayon Məhkəməsi Boris Yaqovitovu beş il müddətinə şərti həbs cəzasına məhkum edib. Qardaş doqquz ay idi ki, məhkəməyəqədərki həbsdə idi. O, azadlığa buraxıldı. Cəza şərti olduğu üçün bu dəfə həbsə salınmayacaq.

Hadisələrin gedişatı

  1. 14 dekabr 2020-ci il

    Müstəntiq Boris ilə özünü Müqəddəs Kitabla maraqlanan şəxs kimi göstərən gizli polis arasındakı səs yazılarını təhlil etdi.

  2. 14 may 2021-ci il

    Boris barəsində cinayət işi açıldı. O, ekstremist təşkilatın görüşlərində iştirak etməkdə və başqalarını da buna cəlb etməkdə ittiham edildi.

  3. 5 iyun 2021-ci il

    Evində axtarış aparılarkən yoldaşı Nataliya ilə birlikdə dindirildi. Sonra o, müvəqqəti istintaq təcridxanasına salındı.

  4. 7 iyun 2021-ci il

    Müvəqqəti istintaq təcridxanasından ev dustaqlığına buraxıldı.

  5. 29 dekabr 2021-ci il

    Cinayət işi üzrə məhkəmə araşdırması başladı. Məhkəmə iclası zamanı prokuror Borisin ev dustaqlığının şərtlərini pozduğunu iddia edərək barəsində həbs qətimkan tədbiri seçilməsini tələb etdi. Onu məhkəməyəqədərki həbsə göndərdilər.

  6. 24 fevral 2022-ci il

    Müstəntiqlər tərəfindən prosessual pozuntulara yol verildiyinə görə iş təkrar baxış üçün prokurorluğa qaytarıldı. Amma Boris məhkəməyəqədərki həbsdən azad edilmədi.

  7. 20 iyun 2022-ci il

    Cinayət işi üzrə məhkəmə iclasları yenidən başladı.

Qardaş barədə məlumat

Boris və Nataliya diqqətlərini saleh və tərifəlayiq şeylərə cəmləyərək gözəl nümunə qoyurlar. Əminik ki, «sülh Allahı» bundan sonra da onlarla olacaq (Filippililərə 4:8, 9).

a Bu məqalə hazırlananda Boris məhkəməyəqədərki həbsdə olduğu üçün şəxsən özündən müsahibə götürmək mümkün deyildi.