Kontentə keç

23 İYUN 2020
RUSİYA

Məhkəmə Dennis Kristensenin vaxtından əvvəl azad edilməsinə qərar verib

Məhkəmə Dennis Kristensenin vaxtından əvvəl azad edilməsinə qərar verib

23 iyun 2020-ci il tarixində Kursk vilayətinin Lqov Rayon Məhkəməsi Dennis Kristensenin vaxtından əvvəl azad edilməsinə qərar verdi. Prokurorun xahişi ilə hakim Dennis qardaşın yerdə qalan həbs müddətini 400000 rubl (5759 ABŞ dolları) məbləğində cərimə ilə əvəz etdi. Qərar on gündən sonra qüvvəyə minəcək və o, yenidən öz ailəsinə və dindaşlarına qovuşacaq. Yehovaya şükürlər olsun!