Kontentə keç

Sergey Klimov məhkəmədə dəmir qəfəsdə (2019-cu ilin may ayı)

11 NOYABR 2019
RUSİYA

Məhkəmə Sergey Klimova 2017-ci ildəki qadağadan bəri ən sərt cəza təyin etdi

Məhkəmə Sergey Klimova 2017-ci ildəki qadağadan bəri ən sərt cəza təyin etdi

YENİLƏNİB | Sergey Klimovun şikayəti təmin edilmədi

27 yanvar 2022-ci il tarixində Səkkizinci Ümumi Yurisdiksiya Kassasiya Məhkəməsi Sergey Klimovun şikayətini təmin etmədi. Qardaş həbsdə qalacaq.

5 noyabr 2019-cu il tarixində Tomsk Şəhərinin Oktyabrski Rayon Məhkəməsi Sergey Klimovu 6 il müddətinə həbsə məhkum etdi. Rusiyada eyni müddətli həbs cəzası təkcə Dennis Kristensenə təyin edilib. Lakin məhkəmə Sergeyə əlavə məhdudiyyətlər də qoydu. Beləliklə, bu cəza 2017-ci ildə Ali Məhkəmə Yehovanın Şahidlərinin fəaliyyətini qadağan edəndən bəri qardaşlarımıza təyin edilən ən sərt cəzadır.

Sergey 3 iyun 2018-ci il tarixində — hüquq-mühafizə orqanlarının əməkdaşları güc strukturları ilə birgə Yehovanın Şahidlərinin yaşadığı iki evə reyd keçirdikdən sonra həbs olunmuşdu. Təxminən 30 bacı-qardaşımız, o cümlədən 83 yaşlı bacı sorğu-sual edildi. Sergeydən başqa, hamısı azad edildi. Onun barəsində cinayət işi açıldı və məhkəmənin qərarı ilə o həbs edildi və iki ay müddətinə istintaq təcridxanasına göndərildi. Onun həbs müddəti yeddi dəfə uzadıldı, bu isə o deməkdir ki, altıillik həbs cəzası başlamazdan əvvəl, o artıq bir il beş ay həbsdə olub. Bu müddət ərzində Sergey həyat yoldaşı və doğmalarından ayrı düşmüşdü.

Sergeyin vəkilləri qərardan apelyasiya şikayəti verəcəklər. Bundan başqa, 20 avqust 2018-ci il tarixində onun məhkəməyədək həbsdə saxlanılması ilə əlaqədar Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət («Klimov Rusiyaya qarşı») verilib.

2019-cu ildə Rusiyada reydlər və həbslər xeyli artdı. Buna baxmayaraq, qardaşlarımız mətin qalırlar. Bu bizi əmin edir ki, Yehova sadiq xidmətçilərinə dəstək olur (Zəbur 56:1—5, 9).