Kontentə keç

23 DEKABR 2020
RUSİYA

Məhkəmə Xasan Koqutun apellyasiya şikayətini təmin etmədi

Məhkəmə Xasan Koqutun apellyasiya şikayətini təmin etmədi

23 dekabr 2020-ci il tarixində Kemerovo Vilayət Məhkəməsi Xasan Koqutun apellyasiya şikayətini təmin etmədi. Birinci instansiya məhkəməsinin ona təyin etdiyi iki il yarım şərti həbs cəzası artıq qüvvəyə mindi. Cəza şərti olduğu üçün o, həbsə getməyəcək.

Qardaş bir vətəndaş kimi, onun reputasiyasını korlayan bu qərara görə təəssüf hissi keçirsə də, şaddır ki, Yehovaya sadiq qalır və Onun rəğbətini itirmir. Xasan, yoldaşı Yekaterina və səkkizyaşlı oğlu Timofey əl-ələ verib Yehovaya xidmət etməyə qəti qərarlıdırlar.

10 sentyabr 2020-ci il tarixində keçirilmiş məhkəmə prosesinin sonunda Xasan qardaş cəsarətlə belə sözlər demişdi: «Mən Yehova Allaha imanımdan dönmək fikrində deyiləm və hesab edirəm ki, məni buna məcbur etmək cinayətdir! Mən əqidəmə bağlıyam. Hansı vəziyyətlə üzləşsəm də, “nə ölüm, nə həyat, nə mələklər, nə hakimiyyətlər, nə indiki şeylər, nə gələcək şeylər, nə bir qüvvə, nə hündürlük, nə dərinlik, nə də mövcud olan başqa bir şey” məni Allahın məhəbbətindən ayıra bilməz (Romalılara 8:38, 39)».