Kontentə keç

Yevgeni Yeqorov

1 APREL 2021 | YENİLƏNİB: 17 FEVRAL 2023
RUSİYA

Məhkəmə Yevgeni Yeqorovun din azadlığı hüququnu tapdalayır | YENİLƏNİB. QARDAŞ MƏHKUM EDİLDİ

Məhkəmə Yevgeni Yeqorovun din azadlığı hüququnu tapdalayır | YENİLƏNİB. QARDAŞ MƏHKUM EDİLDİ

17 fevral 2023-cü il tarixində Yəhudi Muxtar Vilayətinin Birobican Rayon Məhkəməsi Yevgeni Yeqorovu təqsirli bilərək iki il yarım müddətinə şərti həbs cəzasına məhkum etdi. Cəza şərti olduğu üçün qardaş həbsə salınmayacaq.

3 oktyabr 2022-ci il tarixində Yəhudi Muxtar Vilayət Məhkəməsi Yevgeni Yeqorovun işi üzrə çıxarılmış qərarı dəyişdirdi. Doqquzuncu Ümumi Yurisdiksiya Kassasiya Məhkəməsi işi yenidən baxılması üçün vilayət məhkəməsinə göndərmişdi. Vilayət məhkəməsinin qərarı ilə iş yenidən Yəhudi Muxtar Vilayətinin Birobican Rayon Məhkəməsinə göndəriləcək.

25 noyabr 2021-ci il tarixində Yəhudi Muxtar Vilayət Məhkəməsi Yevgeni qardaşın apelyasiya şikayətini təmin etmədi. Birinci instansiya məhkəməsinin qərarı qüvvədə qaldı. Cəza şərti olduğu üçün qardaş həbsə salınmayacaq.

21 iyun 2021-ci il tarixində Yəhudi Muxtar Vilayətinin Birobican Rayon Məhkəməsi Yevgeni Yeqorovu iki il yarım müddətinə şərti həbs cəzasına məhkum etdi.

Qardaş barədə məlumat

Yevgeni Yeqorov

  • Doğulduğu il: 1991 (Birobican)

  • Bioqrafiya. Onu anası və nənəsi böyüdüb. Peşəsi texnik-elektrikdir. Çilingər-təmirçi işləyir. Kitab oxumağı sevir, yazıçılıqla məşğul olur. Bir roman və şeirlər toplusu dərc edib. 2005-ci ildə Yehovanın Şahidi kimi vəftiz olunub. 2019-cu ilin sentyabr ayında Kseniya ilə evlənib. 2020-ci ilin avqust ayında oğlu dünyaya gəlib.

Cinayət işi haqda məlumat

2018-ci ilin may ayında Federal Təhlükəsizlik Xidməti (FTX) Birobican şəhərində kütləvi reydlər keçirmişdi. Toyundan bir qədər əvvəl Yevgenini dininə etiqad etməkdə və Müqəddəs Kitabı oxumaqda ittiham etdilər. Ondan başqa yerə getməmək barədə iltizam götürüldü. Yevgeninin anası Larisa Artamonovaya qarşı da oğlunun toyundan dərhal sonra ittihamlar irəli sürüldü. 2019-cu ilin dekabr ayında Birobican Rayon Məhkəməsində Yevgeninin cinayət işi üzrə araşdırma başladı.

Yevgeninin sözlərinə görə indi o özünü Yehovaya daha yaxın hiss edir. Qardaş deyir: «Həyatımın ən çətin anlarında Yehova məni sakitləşdirir və “insan gücündən üstün olan” güc verirdi» (2 Korinflilərə 4:7).

Yevgeni bilir ki, Yehovanın köməyinə bel bağlaya bilər, bununla belə, o, gələcək sınaqlara əqlən və ruhən hazırlaşmalıdır: «Mənim üçün ən vacibi, vəziyyətdən asılı olmayaraq, Yehova ilə münasibətlərimi möhkəmləndirməyə davam etməkdir».

Biz əminin ki, Yevgeni, Kseniya və Rusiyadakı bütün bacı-qardaşlar, sınaqlara baxmayaraq, Zəbur 10:17 ayəsindən güc alacaqlar: «Sən həlimlərin diləyini eşidərsən, ey Yehova, onları ürəkləndirərsən, səslərini diqqətlə dinləyərsən».