Kontentə keç

Soldan sağa: Vladimir Deşko, Yuri Loqinski, Yuri Moskalyov və Tatyana Velijanina

24 MAY 2022
RUSİYA

Məhkəmənin ittiham hökmü Soçidəki dindaşlarımızın imanını sarsıtmadı

Məhkəmənin ittiham hökmü Soçidəki dindaşlarımızın imanını sarsıtmadı

28 mart 2022-ci il tarixində Soçi Şəhərinin Xostinski Rayon Məhkəməsi Vladimir Deşko, Yuri Loqinski, Yuri Moskalyov və Tatyana Velijaninanın işi üzrə qərarını elan etdi. Vladimir Deşko bir il dörd ay, Tatyana Velijanina isə bir il beş ay müddətinə həbsə məhkum edildi. Hər ikisi bir ildən artıq məhkəməyədək həbsdə olduğu üçün həbsə salınmayacaq. Yuri Loqinski və Yuri Moskalyov isə iki il müddətinə şərti həbs cəzasına məhkum edildi. Onlar da həbsə salınmayacaq.

Hadisələrin gedişatı

  1. 24 mart 2021-ci il

    Dördünü də istintaq təcridxanasına saldılar. Onları ekstremist təşkilatın fəaliyyətində iştirak etməkdə ittiham etdilər.

  2. 26 mart 2021-ci il

    Vladimir Deşko və Tatyana Velijaninanı 400 kilometr aralıda yerləşən istintaq təcridxanasına keçirdilər. Yuri Loqinski və Yuri Moskalyovu isə ev dustaqlığına buraxdılar.

  3. 3 fevral 2022-ci il

    Vladimir Deşkonu istintaq təcridxanasından ev dustaqlığına buraxdılar.

  4. 3 mart 2022-ci il

    Məhkəmə prosesi başladı.

  5. 4 mart 2022-ci il

    Tatyana Velijanina istintaq təcridxanasından ev dustaqlığına buraxıldı.

Dindaşlarımız barədə məlumat

Biz əminik ki, Yehova bundan sonra da sadiq xidmətçilərinə dəstək olacaq, onlara güc verəcək və bu çətin dövrdə, axırzamanda dözümlü olmaq üçün onlara hər bir köməyi göstərəcək (Zəbur 89:21).

a b Müsahibə götürmək mümkün olmayıb.