Kontentə keç

Anatoli Tokarev məhkəmənin qarşısında (avqust 2020-ci il)

23 OKTYABR 2020
RUSİYA

Məhkəmənin qərarı ilə Anatoli Tokarev cərimə edilib

Məhkəmənin qərarı ilə Anatoli Tokarev cərimə edilib

YENİLƏNİB | Kassasiya məhkəməsi Anatoli Tokarevin şikayətini təmin etmədi

30 noyabr 2021-ci il tarixində Altıncı Ümumi Yurisdiksiya Kassasiya Məhkəməsi Anatoli Tokarevin şikayətini təmin etmədi. Onun cərimə edilməsi barədə qərar artıq qüvvəyə mindi.

23 oktyabr 2020-ci il tarixində Kirov Şəhərinin Oktyabrski Rayon Məhkəməsi Anatoli Tokarevi məhkum edərək 500 000 rubl (6552 ABŞ dolları) məbləğində cərimə edib. Qərardan şikayət vermək üçün onun on gün vaxtı var.

Məhkəmədə son çıxışı zamanı Anatoli Tokarev cəsarətlə deyib: «Cinayət işi ilə əlaqədar hüquq-mühafizə orqanlarının əməkdaşları mənə deyirdilər: “Ya sən imanından dönəcəksən, ya da... səni açıq şəkildə və sərt cəzalandıracağıq”. Möhtərəm hakim, məhkəmə iclasının birinci günündə də demişdim, bir daha da deyirəm: Allaha imanımdan dönə bilmərəm... Təbii ki, həbs və ölüm qorxusu, bütün Yehovanın Şahidləri kimi, məni də qorxudur, ekstremist damğası isə adıma yaxılan əsassız ləkədir. Bununla belə, Möhtərəm hakim, mən imanımdan dönüb Allahın məhəbbətindən məhrum ola bilmərəm»