2 AVQUST 2021
RUSİYA
Məhkum edilmələrinə baxmayaraq, sevinclə sadiq qalan ağbirçək və ağsaqqal dindaşlarımız
2017-ci ildə Rusiyada Yehovanın Şahidlərinin hüquqi şəxslərinin qadağan edildiyi gündən hakimiyyət orqanları bütün ölkə ərazisində bacı-qardaşları hədəfə alıb. Təqiblər başlanandan barəsində cinayət işi açılan ən cavan dindaşımızın 18, ən yaşlısının isə 89 yaşı var idi. 2021-ci ilin iyul ayına qədər olan məlumata əsasən, sırf dini imanına görə yaşı 60-dan çox olan 18 bacı-qardaş məhkum olunub. Onların üçü həbsxanadadır a. Rəhbərlik Şurasının müraciəti 4 (2021) proqramında yaşlı dindaşlarımızın məruz qaldıqları təqiblərdən bəhs edilirdi.
Onlar buna necə dözür? Görün onların özü bu barədə nə deyir. Bu bacı-qardaşların bəzilərindən götürdüyümüz müsahibəni sizə təqdim edirik.
Bizə gözəl nümunə olan Rusiyadakı bu yaşlı bacı-qardaşlara minnətdarıq. Salehlik prinsiplərinə cəsarətlə sadiq qalan bu dindaşlarımız Allahın gözündə çox gözəldir (Məsəllər 16:31).
a Valentina Baranovskaya (70 yaş) iki il, Aleksandr İvşin (63 yaş) yeddi il yarım, Yuri Savelyev (68 yaş) altı il müddətinə həbsə məhkum ediliblər.