2 DEKABR 2022
RUSİYA
«Mən çox vacib bir iş görürəm»
Tambov şəhərinin Leninski Rayon Məhkəməsi tezliklə Oleq Sirotkinin işi üzrə qərarını elan edəcək. Prokuror onun üçün istədiyi cəza növünü hələ bildirməyib.
Qardaş barədə məlumat
Oleqin nümunəsi göstərir ki, güclü iman sahibini «bəd xəbər... qorxutmaz, ürəyi arxayındır, Yehovaya güvənir» (Zəbur 112:7).
Hadisələrin gedişatı
Mart 2021-ci il
Gizli şəkildə izlənilməyə başlandı. Oleqin qonaq otağına səsyazma cihazı yerləşdirildi və kompüterində nələr etdiyini izləməyə başladılar.
14 sentyabr 2021-ci il
Cinayət işi açıldı.
21 sentyabr 2021-ci il
Evində axtarış aparıldı. Kompüteri və şəxsi sənədləri dəlil qismində müsadirə edildi.
22 oktyabr 2021-ci il
Avtomobili müsadirə edildi.
11 aprel 2022-ci il
Cinayət işi üzrə məhkəmə araşdırması başladı.