18 OKTYABR 2022
RUSİYA
«Mən Yehovanın adını daşımaqdan qürur duyuram»
10 oktyabr 2022-ci il tarixində Krasnoyarsk vilayətinin Kejemskiy Rayon Məhkəməsi İldar Urazbaxtini məhkum etdi. O, altı il müddətinə şərti həbs cəzasına məhkum edildi. Cəza şərti olduğu üçün bu dəfə həbsxanaya göndərilməyəcək.
Hadisələrin gedişatı
20 iyul 2021-ci il
Kodinsk şəhərində, İldarın da evi daxil olmaqla ən azı beş Yehovanın Şahidinin evində axtarış aparıldı. O, müvəqqəti saxlama kamerasına salındı.
21 iyul 2021-ci il
O, ev dustaqlığına buraxıldı. Telefon və internetdən istifadə etmək qadağan edildi.
20 sentyabr 2021-ci il
Ev dustaqlığından azad edildi və ondan başqa yerə getməmək barədə iltizam götürüldü.
13 yanvar 2022-ci il
O, videokonfrans vasitəsilə «başqalarını Müqəddəs Kitabı dərindən mütaliə etməyə, eləcə də dindaşlarını bir-birinə dəstək olmağa təşviq etməkdə» ittiham edildi.
30 mart 2022-ci il
Cinayət işi üzrə məhkəmə araşdırması başladı.
Qardaş barədə məlumat
İldar və Rusiyadakı digər bacı-qardaşların hadisəsi bizə xatırladır ki, Allahımız Yehova «dar gündə» bizə kömək etməyə həm hazırdır, həm də istəklidir (Zəbur 46:1).