Kontentə keç

Nijnı Novqorod Şəhərinin Moskva Rayon Məhkəməsi; Maksim Zavrajnov

20 APREL 2022
RUSİYA

Maksim Zavrajnov nikbin qalır | YENİLƏNİB

Maksim Zavrajnov nikbin qalır | YENİLƏNİB

Nijnı Novqorod Şəhərinin Moskva Rayon Məhkəməsinin 30 may 2022-ci il tarixli qərarı ilə Maksim Zavrajnov altı il müddətinə şərti həbs cəzasına məhkum edildi. Cəza şərti olduğu üçün bu dəfə qardaş həbsə salınmayacaq.

Hadisələrin gedişatı

  1. 4 iyun 2019-cu il

    Maksim barədə cinayət işi açıldı.

  2. 17 iyul 2019-cu il

    Maksimi rəsmi olaraq ekstremist fəaliyyəti təşkil etməkdə ittiham etdilər. Onu həbs edib dindirdilər. O, gecəni kamerada keçirdi.

  3. 18 iyul 2019-cu il

    Maksimə telefon və internetdən istifadə etmək, evini axşam saat 9-dan səhər 9-a qədər tərk etmək qadağan edildi.

  4. 3 fevral 2020-ci il

    Məhdudiyyətlər götürüldü.

  5. 26 fevral 2020-ci il

    Maksimdən başqa yerə getməmək barədə iltizam götürüldü.

  6. 6 dekabr 2021-ci il

    Cinayət işi üzrə məhkəmə araşdırması başladı.

Qardaş barədə məlumat

Rusiya və Krımda təqiblərin davam etməsinə baxmayaraq, Yehovaya etibarımız daha da artır. Biz əminik ki, Yehova sadiq bəndələrini heç vaxt atmayacaq (İbranilərə 13:5).