Kontentə keç

Oryol Vilayət Məhkəməsi

17 MAY 2019
RUSİYA

Mayın 23-ü Dennis Kristensen məhkəmə qarşısında yekun çıxışını edəcək

Mayın 23-ü Dennis Kristensen məhkəmə qarşısında yekun çıxışını edəcək

Cümə axşamı, 16 may 2019-cu il tarixində Dennis Kristensenin apellyasiya şikayəti üzrə məhkəmə iclası davam edib. İttiham və müdafiə tərəfləri son çıxışlarını ediblər. Dennis Kristensen də öz müdafiəsinə təxminən bir saat danışıb. Xarici diplomatlar və jurnalistlər bu iclasda da iştirak ediblər. Bu çox sevindirici haldır, çünki Dennis Kristensenin həbs olunmasından iki il keçsə də, beynəlxalq ictimaiyyətin bu işə olan marağı hələ də səngiməyib.

Əvvəlcə məhkəmə iclasının cümə günü, mayın 17-si davam edəcəyi planlaşdırılmışdı. Lakin hakimlər iclasın cümə axşamı, mayın 23-ü səhər saat 10-da davam edəcəyini elan etdilər. Dennis Kristensenə son çıxışını etmək imkanı veriləcək, sonra məhkəmə müşavirəyə yollanacaq. Qərarın mayın 23-ü və ya məhkəmənin təyin edəcəyi başqa tarixdə elan ediləcəyi bəlli deyil.

Dennis Kristensen və Serqey Skrinnikov kimi müsbət əhval-ruhiyyələrini qoruyan və sonadək sidq-ürəkdən Yehovaya sadiq qalmağa can atan qardaşların nümunəsi bizi ruhlandırır. Rusiyadakı bacı-qardaşlarımıza baxanda həvari Bulusun Salonikidəki məsihilərlə bağlı keçirdiyi hissləri biz də keçiririk. Bulus yazmışdı: «Allahın yığıncaqlarında sizinlə fəxr edirik, çünki bütün təqiblərə və çəkdiyiniz əziyyətlərə baxmayaraq, siz dözüm və iman göstərirsiniz» (2 Salonikililərə 1:4).