Kontentə keç

Soldan sağa: Roman Mareyev, Anatoli Marunov, Sergey Tolokonnikov və onun həyat yoldaşı Mariya

10 FEVRAL 2023 | YENİLƏNİB: 14 İYUL 2023
RUSİYA

Moskva məhkəməsində üç qardaşın işinə baxılır | YENİLƏNİB. QARDAŞLAR MƏHKUM EDİLDİ

Moskva məhkəməsində üç qardaşın işinə baxılır | YENİLƏNİB. QARDAŞLAR MƏHKUM EDİLDİ

12 iyul 2023-cü il tarixində Moskva Şəhəri Savyolovski Rayon Məhkəməsi Roman Mareyev, Anatoli Marunov və Sergey Tolokonnikovu təqsirli bildi. Roman dörd il altı ay, Anatoli altı il altı ay, Sergey isə beş il müddətinə həbsə məhkum edildi. Anatoli məhkəmə zalında həbs olundu. Roman və Sergey isə artıq həbsxanada idi.

Qardaşlar barədə məlumat

Nə yaxşı ki, Roman, Anatoli və Sergey kimi gözəl iman nümunələrimiz var. Yehovanın bizimlə olduğunu bildiyimiz üçün heç bir çətinlikdən qorxmamalıyıq (Zəbur 23:4).

Hadisələrin gedişatı

  1. 20 oktyabr 2021-ci il

    Hüquq-mühafizə orqanlarının nümayəndələri Moskva şəhərində Yehovanın Şahidlərinin yaşadığı səkkiz evdə axtarış apardı. Roman, Anatoli və Sergey barəsində ekstremist təşkilatın fəaliyyətini təşkil etmək, eləcə də başqalarını həmin təşkilata cəlb etmək ittihamı ilə cinayət işi açıldı. Hər üç qardaş müvəqqəti saxlama kamerasına salındı.

  2. 22 oktyabr 2021-ci il

    Roman və Sergey məhkəməyədək həbsə, Anatoli isə ev dustaqlığına salındı.

  3. 17 iyun 2022-ci il

    Cinayət işi üzrə məhkəmə icraatı başladı.

a Məqalə hazırlanan vaxt Sergey Tolokonnikov həbsdə olduğu üçün ondan müsahibə götürmək mümkün olmayıb. Onun həyat yoldaşı Mariya Pankova ailə qurandan sonra soyadını dəyişməyib.