Kontentə keç

10 FEVRAL 2021
RUSİYA

Moskva vilayətində Yehovanın Şahidlərinin evlərinə basqın edilib

Moskva vilayətində Yehovanın Şahidlərinin evlərinə basqın edilib

10 fevral 2021-ci il tarixində, səhər tezdən güc strukturları Moskva və Moskva vilayətində Yehovanın Şahidlərinin yaşadığı ən azı 15 evə basqın edib. Reyddə yerli və federal polis əməkdaşları, eləcə də Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları iştirak edib. Bir neçə nəfər sorğu-sual üçün tutulub. Ən azı üç qardaş həbs edilib.

Rusiyadakı bacı-qardaşlar üçün dua etməyə davam edirik və əminik ki, Yehova bu təqibə dözmək üçün onlara güc verəcək (1 Butrus 5:10).