Kontentə keç

Aleksandr Kalistratov

20 FEVRAL 2023
RUSİYA

«Nə qədər ki Yehova yanımdadır, özümü evimdəki kimi hiss edəcəyəm»

«Nə qədər ki Yehova yanımdadır, özümü evimdəki kimi hiss edəcəyəm»

17 fevral 2023-cü il tarixində Altay Respublikasının Qorno-Altayski Şəhər Məhkəməsi Aleksandr Kalistratovu altı il yarım müddətinə şərti həbs cəzasına məhkum etdi. Cəza şərti olduğu üçün qardaş həbsə salınmayacaq.

Qardaş barədə məlumat

Biz əminik ki, Yehova bundan sonra da çətinlikdə olan xidmətçilərinin səsini eşidəcək və hay verəcək (2 İşmuil 22:7).

Hadisələrin gedişatı

  1. 2000-ci il

    Hərbi xidmətdən imtina etdiyi üçün həbs olundu. 21 gün istintaq təcridxanasında saxlanıldı. Daha sonra bəraət aldı.

  2. 2010-cu il

    Ekstremizmdə ittiham olundu. İşinə ikinci dəfə Altay Respublikasının Ali Məhkəməsində baxıldı və bəraət qazandı.

  3. 16 dekabr 2021-ci il

    Cinayət işi açıldı.

  4. 16 yanvar 2022-ci il

    Altay Respublikasında rəsmilər beş Yehovanın Şahidinin evində axtarış apardı. FTX əməkdaşları Aleksandr qardaşın evinə zorla soxulub onu sorğu-suala çəkdilər. O, həmin axşam sərbəst buraxıldı və ondan başqa yerə getməməklə bağlı iltizam alındı.

  5. 25 avqust 2022-ci il

    Cinayət işi üzrə məhkəmə icraatı başladı.