21 OKTYABR 2024
RUSİYA
Natalya Şarapova həbsdən azad olundu
4 oktyabr 2024-cü il tarixində Rusiyada həbsdə olan Natalya Şarapova bacı azad olundu. O, 2024-cü il iyulun 10-u üç il müddətinə həbsə məhkum olunmuşdu. Bacı məhkəməyə qədər iki il ərzində həbsdə olduğuna görə artıq onun həbs müddəti tamamlanıb.
Məhkəmə icraatı zamanı Natalya məhkəmə qarşısında demişdi: «Məni sevən çoxlu bacı-qardaşlarım var. İsa öyrədirdi: “Aranızda məhəbbət olsa, hamı biləcək ki, siz mənim şagirdimsiniz” (Yəhya 13:35). Məni hər bir addımı atmağa təşviq edən məhəbbətdir və bundan sonra da belə olacaq».
Natalya öz ailəsinə qovuşdu. Biz əminik ki, Yehova bundan sonra da Natalya bacımızdan və bütün sadiq bəndələrindən məhəbbətini əsirgəməyəcək (Zəbur 59:16, 17).