25 MART 2021
RUSİYA
Nikolay Aliyev təqiblərə cəsarətlə sinə gərir
YENİLƏNİB | Nikolay Aliyevin apelyasiya şikayəti təmin edilmədi
2 sentyabr 2021-ci il tarixində Xabarovsk Vilayət Məhkəməsi Nikolay Aliyevin apelyasiya şikayətini təmin etmədi. Birinci instansiya məhkəməsinin qərarı qüvvədə qaldı. Cəza şərti olduğu üçün qardaş həbsə alınmayacaq.
Nikolay Aliyev şərti həbs cəzasına məhkum edildi
4 iyun 2021-ci il tarixində Komsomolsk-Amur şəhərinin Tsentralnı Rayon Məhkəməsi Nikolay Aliyevi dörd il yarım müddətinə şərti həbs cəzasına məhkum etdi.
Qardaş barədə məlumat
Nikolay Aliyev
Doğulduğu il: 1978 (Komsomolsk-Amur)
Bioqrafiya. Uşaqlıqdan həyatın və kainatın necə yarandığı ilə maraqlanırdı. Suallarına cavabı Müqəddəs Kitabda axtarmağa başladı. İsa Məsihin təlimlərini və sülhpərvər insan kimi qoyduğu nümunəsini araşdırdıqdan sonra döyüş idman növləri ilə məşğul olmağa son qoydu. 1993-cü ildə Yehovanın Şahidi kimi vəftiz olundu.
2016-cı ildə Alesya ilə evləndi. Onlar səyahət etməyi, gəzməyi və ayaq xizəyi sürməyi sevirlər.
Cinayət işi haqda məlumat
22 may 2020-ci il tarixində, sübh tezdən hüquq-mühafizə orqanlarının əməkdaşları Komsomolsk-Amur şəhərində yaşayan Nikolayla Alesyanın evinə reyd keçirdilər. Evə daxil olan kimi onlar Nikolayı yerə yıxdılar və beş saat ərzində evdə axtarış apardılar, sonra hər ikisini şöbəyə apardılar. Sorğu-sual zamanı Nikolaya dinini daha ənənəvi dinə dəyişməyi tövsiyə etdilər. Həmçinin Alesyaya «ərinin başına pis iş gəlməsini istəmirsə», onlarla əməkdaşlıq etməyi dedilər. Hədə-qorxulara baxmayaraq, həmin gün onları buraxdılar və ər-arvad evə qayıtdı.
Sınaqlar zamanı Yehovanın onlara necə dayaq olduğu haqda düşünmək Nikolaya güc verir. Qardaş deyir: «Sınaqlarla üzləşəndə başa düşürsən ki, təkbaşına bacaran deyilsən. İndi mən Yehovanın dualarıma necə cavab verdiyini və mənə necə yol göstərdiyini daha yaxşı görürəm. Bulusun növbəti sözlərinin doğruluğuna şəxsən əmin oldum: “Mən zəif olanda güclüyəm”» (2 Korinflilərə 12:10).
Nikolay və Alesya cəsarətli qalmağın və sakitliyi qorumağın yollarını axtarmağa davam edirlər. Onlar Əşiya 41:10 ayəsini çap edib soyuducuya yapışdırıblar. Nikolay deyir: «Vəziyyət xüsusilə çətin olanda bu ayəni oxuyuram və rahatlaşıram. Bu ayə məni təşviq edir ki, qorxmayım. Yehovanın yanımda olduğunu, sanki yaxın dost kimi sağ əli isə məni qucaqladığını bilmək mənə xüsusi güc verir». Biz əminik ki, Yehova sadiq xidmətçilərindən heç vaxt Öz gücünü əsirgəməyəcək.