27 SENTYABR 2023
RUSİYA
Nikolay Voişev üç il müddətinə həbs edildi
14 sentyabr 2023-cü il tarixində Adıge Respublikasının Maykop Şəhər Məhkəməsi Nikolay Voişev qardaşı üç il müddətinə həbsə məhkum etdi. O, 20 oktyabr 2022-ci il tarixindən həbsdə idi və bundan sonra da həbsdə qalacaq.
Qardaş barədə məlumat
Düzdür, Nikolayın həbsi bizi çox məyus edir, amma əminik ki, Yehova həm ona, həm də bütün bacı-qardaşlarımıza bundan sonra da güc və təsəlli verəcək (Zəb. 119:76).
Hadisələrin gedişatı
19 oktyabr 2022-ci il
Cinayət işi açıldı
20 oktyabr 2022-ci il
Evində axtarış aparıldı. Sorğu-sual edildi və müvəqqəti saxlama kamerasına salındı
21 oktyabr 2022-ci il
İstintaq təcridxanasına köçürüldü
11 yanvar 2023-cü il
Hakim Nikolayın səhhətindəki problemə görə istintaq təcridxanasından ev həbsinə keçirilməsi tələbini rədd etdi. O, təcridxanada qalmağa davam etdi
25 yanvar 2023-cü il
Cinayət işi üzrə məhkəmə icraatı başlandı
14 sentyabr 2023-cü il
Təqsirli bilindi və üç il müddətinə həbsə məhkum edildi
a Nikolay qardaş istintaq təcridxanasında olduğuna görə, onunla əlaqə saxlamaq və müsahibə almaq mümkün deyildi.